99
Təzyiq azaldan (reduktor) balondakı qazın
yüksək
təzyiqini azaldaraq, konstant işçi təzyiqə gətirir.
Oksigen üçün qazın təzyiqi ~
2,5
bar
,
asetilen üçün
0,25-0,5 bar
olmalıdır. Təhlükəsizlik nöqteyi-
nəzərdən qüsurlu təzyiq azaldan yığımlar
istifadə
olunmamalı və təzyiq azaldanların təmiri yalnız
ixtisasçı mütəxəsislər tərəfindən yerinə yetirilməlidir.
Şəkil 5.3. Təzyiq azaldanın (reduktor da deyilir) sxematik
təsviri (a) və real görünüşü (b).
Qaz
balonlarının və
rezin boruların səhv
qoşulmaması üçün
müəyyən
qaydalar qəbul
olunmuşdur. Belə ki, oksigen balonu ağ, mavi və ya
boz, rezin borusu isə mavi rəngli olur. Asetilen
balonu açıq qəhvəyi, qara və ya sarı, rezin borusu isə
qırmızı rəngli olur (şək. 5.4.).
Boru
birləşməsi
Qapayıcı
klapan
İşçi təzyiq üçün
manometr
Təhlükəsizlik
klapanı
Ballonun təzyiqi
üçün manometr
Klapan
Membran
Təzyiq
nizamlayan vint
Yay
Aralıq
kamera
Qaz
ballonu
a)
b)