Fənnin məqsədi və vəzifələri Dilin funksiyaları. Kommunikasiya



Yüklə 116,06 Kb.
səhifə38/58
tarix01.01.2022
ölçüsü116,06 Kb.
#50721
1   ...   34   35   36   37   38   39   40   41   ...   58
KOMMUNİKASİYA (1)

55. Bədii üslub

Bədii üslub — milli bədii təfəkkürün ifadəsidir. Obrazlı, emosional nitq formasıdır. Bədii üslub ədəbi dilimzin tərkibində həmişə aparıcı olmıışdur. Funksional imkanlarının genişliyinə görə bədii üsluba ədəbi — bədii dil də deyilir. Bədii üslubun ən vacib şərti və ümumi cəhəti obrazlılıqdır. Bədii üslubun obrazlılığı həm fonetik, həm leksik, həm də qrammatik səviyyədə özünü göstərir.


Fonetik səviyyədə bədii üslubun göstəriciləri alliterasiya, assonans, təkrar və intonasiyadır. Birinci üç göstərici nitqdə ritm yaradan əsas vasitələrdir.

Alliterasiya eyni samit səslərin təkrarına deyilir. Məsələn: «Yaxşılığa yaxşüıq hər kişinin işidi, yamanlığa yaxsılıq ər kişinin işidi» atalar sözündə təkrar olunan y və ş samitləri nitqdə alliterasiya yaradır. Nəsiminin: «Al ilə ala gözlərin aldadı aldı könlümü; Alına bax nə al edar, kimsə irişməz alına » beytində isə 1 samitinin təkrarı alliterasiyadır.

Assonans isə eyni saitlərin təkrarına deyilir. Məsələn: «Azacıq aşım, ağrımaz başım» atalar sözündə a və ı saitlərinin təkrarı nitqdə assonans yaradır. Nəsiminin yuxarıdakı beytində də bu saitlərin təkrarı assonansdır.

Təkrar dedikdə isə ritmik (fonetik) təkrar nəzərdə tutulur.

Məsələn: Ağa Kərəm, paşa Kərəm, xan Kərəm; Alış Kərəm, tutuş Kərəm, yan Kərəm; misralarında Kərəm sözünün təkrarı xüsusi bir ritm yaradır. İntonasiya isə şerin və ya cümlənin xüsusi intonasiya ilə oxunması deməkdir.

Bədii üslubun leksik səviyyədə göstəriciləri: epitet, təşbeh, istiarə, mübaliğə, kinayə; frazeoloji birləşmələr, omonimlər, sinonimlər, antonimlər və s.

Bədii üslubun qrammatik səviyyədə göstəriciləri:


  • Söz sırasının qəsdən pozulması (inversiya), qeyri-normativ quruluşlu cümlələr, ellipsis (sözlərin və ya şəkilçilərin ixtisarı).

  • Bədii üslub — şer dili, nəsr dili və dramaturgiya dili formalarında özünü göstərir.

  • Şer dili — müəyyən ahəngə, ölçüyə və bölgüyə malik olan və qafıyələnən dildir.

  • Nəsr dili — müəyyən süjetə malik olan təhkiyənin — hekayə, povest, romanın dilidir.

  • Dramaturgiya dili — monoloq və dialoqlardan ibarət olan səhnə əsərinin dilidir.

Bədii üslub başqa üslublarla müqayisədə daha qədim və daha zəngin sayılır. Başqa üslubların formalaşması, ədəbi dil normalarının müəyyənləşməsində bədii üslub həmişə aparıcı olmuşdur. Ədəbi dildə normanın yeniləşməsi, ümumxalq dili vahidlərinin yazılı dilə gəlişi bədii üslubdan başlanır.


Yüklə 116,06 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin