Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə28/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   24   25   26   27   28   29   30   31   ...   321
Firuzə Məmmədli 
136 
yə getməli idi. Lakin necə? Qorxurdu özü də. İlin bu fəslində 
ölümdən qorxulu bir şey yox idi onunçun. Oturub uzun-uzadı 
düşündü. Səs-səmir gəlmirdi. Araya ölüm sükutu çökmüşdü. 
Əhməd qorxa-qorxa boylandı. Gözünə inana bilmədi; əskər öl-
məmişdi, sürünə-sürünə səngərə yaxınlaşırdı. Əhməd də sən-
gərdən çıxıb, ona tərəf süründü. Nəhayət ona yetişdi. Əskər əli-
ni uzatdı: – Budur, – deyib öləziməkdə olan baxışlarını Əh-
mədə dikdi. Lakin onun gözlərində iztirab əlaməti yox idi. Başı 
asta-asta sallandı, sonra birdəncə qolunun üstünə düşüb qaldı. 
«Öldü zalım oğlu», düşündü Əhməd.
…Əli açıq qalmışdı. Ovcunun içinə isti qan axıb dolurdu. 
Lalə bu qanın içində bir qədər də qırmızıya boyanmışdı.
1975


Seçilmiş əsərləri X 
137 
SÖZ 
 
Birdən necə oldusa, söz dilimdən «qaçdı». «Məsləhət si-
zindir», dedim. Dedim və pərt oldum. Düzünü desəm, bir az 
qorxdum bu «sizindir» sözündən. Düşündüm ki, indi düşəcək 
üstümə, bəs nə mənimdir? Mən də deyəcəm, «məsləhət», de-
yəcək, «hansı məsləhət»? Deyəcəm, «belə də... indicə dediniz 
axı məni yanınızda işə götürəcəksiniz»... Onda acığı tutar ki
canım, bəsdi bu «sizindi», «sizindi» sözündən yapışdınız. Bu 
bir az adamda şübhə də yaradır e... Yəni lap elə deyək «bizim-
di», ondan sənə nə?! «Bir də ki, bizim olmamış kimin ola-
caq?!» 
Amma Allahçinə deyəndə ki, belə bir əhvalat baş vermə-
di. Üzümə nəşə ilə baxıb: «Ə, daha nə bizimdi?» soruşdu. Ca-
vab verdim: «Hər şey!» «Konkret de». «Bax, o zavod, o fabrik, 
o küçə, o park, o şəhər, o kənd, o silsilə binalar... Hər şey də, 
hər şey. Sizindi, sizindi, sizindi». 
Əlini əlinə vurub bərkdən şaqqanaq çəkdi. «Oyunun ol-
sun sənin! Ə, bə sizin heç nəyiniz yoxdu? Dədənizdən sizə heç 
nə qalmayıb?» Burda mən qorxunu-zadı unudub: «Bəyəm indi 
bu sizin olanlar dədənizdən qalmışdı?!» soruşdum. 
Canım, daha nə deyim?! O gündən işsizəm... 
Bekarçılıq axırıma çıxmaqdadır. 
 
2014

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin