Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə26/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   22   23   24   25   26   27   28   29   ...   321
Firuzə Məmmədli 
134 
vaxtı qabaqcıl manqabaşçısı, hektarçı kimi tez-tez rayon mər-
kəzinə çağırılır, yuxarıdan gələn rəsmilər qarşısında hərarətli 
çıxışları ilə rayonun üzünü ağardırdı. Bir də ki, bütün bu hadi-
sələr Sadəgülün gözü qarşısında baş vermirdimi?! Televizorda 
göstərilən çıxışlar, mitinqlər… Amma nə olsun! Onlara Nəcəf 
kişi də baxırdı da… Yox, Sadəgülün mayasında yaxşı danış-
maq qabiliyyəti var. Bax, budur səbəb!
Sadəgül xala Nəcəf kişini bir baxışdan duyurdu və yenə 
də başa düşdü ki, kişinin paxıllıq damarı tutub. Fikirləşdi ki, ay 
evi tikilmiş, bəsdi səhərdən-axşama bu köhnə qəzetlərin içində 
eşələndin. Dur bir dünyaya çıx, mal qabağına get, adam arasın-
da ol, gör kənddə, adamların təfəkküründə nələr baş verir. İndi 
danışmaq zamanıdı, danışmaq!
Nəcəf kişi öz nöqsanını bilirdi və ərincəklik onu bu qəba-
hətdən xilas olmağa qoymurdu. Odur ki, arvadının baxışları al-
tında əzilir, baxışlarını qaçırmağa çalışırdı. Birdən gözləri Ay-
tənin gətirib ortalığa qoyduğu gəlinciyə sataşdı. Gəlincik elə 
oturmuşdu ki, aralı duran ayaqlarının biri Əlişkaya, biri də Nə-
cəf kişiyə tərəf uzanmışdı. Gəlinciyin ortası hər ikisinin görmə 
bucağına çevrilmişdi. Sol qolu dirsəkdən qatlanıb uşağın anası 
Tərişə uzanmışdı. (Elə bil ona dirsək göstərirdi. Hər-halda Nə-
cəf kişiyə belə gəldi). Arxası Sadəgülə tərəf idi. O Sadəgülə ki, 
xalqın adından danışırdı.
Nəcəf kişi anladı ki, Sadəgül haqlıdı. Kişidə bir paxıllıq 
hissi də baş qaldırdı. Fikirləşdi ki, nə yaxşı Sadəgül bu 
üstünlüyü ilə ailə hegemonluğu iddiasına düşmür.
Ailə səhər naharından sonrakı müzakirəni başa vurub süf-
rədən qalxdı. Əlişka şəhərə (Avaralanmağa. İş yox idi, neylə-
sin?!), Nəcəf kişi köhnə qəzetlərinin yanına, Sadəgül bostan-
tərəvəz, təsərrüfat qayğılarına, Təriş isə ev-eşik, bişir-düşür 
işlərinə tələsdi.
 
2011



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin