Фирузя мяммядли


– Kimin köməyindən faydalanmısınız?



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə38/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   34   35   36   37   38   39   40   41   ...   321
– Kimin köməyindən faydalanmısınız? 
– 
Heç vaxt heç kimdən fayda verən kömək görməmişəm. 
Əksinə, həmişə qarşıma sədd çəkməyə, mənə maneçilik törət-
məyə çalışanların zəhmətimin puç olması, əməyimin heçə çıx-
ması uğrunda canfəşanlıq etmələrindən danışa bilərəm. 1980-ci 
ildə namizədlik dissertasiyası müdafiəmin ləğv olunması üçün 
Moskvaya Ali Attestasiya Komissiyasına olan müraciətlərin


Firuzə Məmmədli 
150 
yürüşlərin sayı-hesabı yox idi. Axırda işi Türkmənistana gizli 
opponent rəyinə göndərdilər. Oradan müsbət rəy gəldi. Əlacları 
kəsilib təsdiq etdilər. Doğrudur, ötən əsrin yetmişinci illərində 
nəşriyyat aləmində müəyyən vaxt üçün yaranan obyektiv at-
mosferdə şeirlərimin, ilk kitabımın işıq üzü görməsinə kö-
məklik oldu. Ədəbi jurnalların qapısı üzümə açıq oldu. Bu da o 
sahədə fəaliyyət göstərən yaxşı insanların, yaradıcılığımı qiy-
mətləndirən gözəl sənət adamlarımızın obyektiv münasibətinin 
nəticəsi idi. 
Həmişə qulağıma çatan xoşagəlməz sözlər, adamı öz 
gözündən belə salmağa qadir olan şübhələr 
– 
kimsə kömək 
edir, onunçun kimsə yazır və s. 
– 
məni təhqir edib. Kifayət de-
yilmi? Yəni mənə kömək edib «mənim üçün yazan» adam özü 
üçün niyə belə şeir yaza bilmir? Özünə niyə bir gün ağlamır? 
Zənnimcə, indiki halda mənə ən böyük kömək 20 il mənzil 
növbəsində durduğum halda, hələ də mənzilə olan ehtiyacımın 
ödənilməməsinə laqeyd münasibətin ortadan qalxması olardı. 
Yaradıcılığımda isə həmişə bir olan Allahın köməyinə 
arxalanmışam. 
– ġeirinizin birində «Yenə it günündən boylanır ömür, 
illər yaĢım üstə gəlmir yaĢ kimi» yazırsınız. Ömrün bu 
çağında necə, yenəmi yaĢ üstünə yaĢ gəlmir? 
– 
Bu şeirin yazılma tarixi elə də uzaq deyil, 2005-ci ildə 
yazılıb. O iki misranın nəticəsi var. İllər yaşım üstdə bəs nə 
kimi gəlir? Orda açılır. «Yüklənib gedirəm ömrü daş kimi» Bəs 
daş kimi, niyə? Daş 

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin