Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə43/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   39   40   41   42   43   44   45   46   ...   321
Seçilmiş əsərləri X 
155 
kür süzgəcindən keçib gələn sənətdə peşəkarlıq olar, həvəskar-
lıq yox. Peşəkarlığın özünü də mən poeziya üçün təhlükəli he-
sab edirəm. Çünki poeziya daim axtarış tələb edir. Peşəkarlıqda 
isə qələm, dəst-xətt öyrəncəliliyi var. Üslub başqa şeydir. Peşə-
karlıq düzxətli hərəkətdir, hamar gedişdir. Asan qavranılsa da, 
tez həzm olunsa da, yenilik qığılcımının işığı çox zəif olur. 
Şairin axtarışları onu daim çətin manevrlərə çəkir. Bəzən eks-
permentə üz tutursan. Elə buna görə də, beyin mərkəzləri ilə 
sıx əlaqədə olursan. Şair ya var, ya yoxdur. Şeirdə, poeziyada 
həvəskarlıq ola bilməz. Amma zəif yazanlar o qədərdir ki, buna 
ayrı ad da vermək olmur. Qafiyələndirmə, ritmə uyma, fikirlə-
rin birini bu dağdan, birini o dağdan götürüb bəndə salma hələ 
şeir olmadığı kimi, onu yazan da heç cür şair adlana bilməz
lap həvəskar səviyyəsində belə. 
Eləcə də tənqid. Tənqiddə birinci növbədə tənqidçi təfək-
kürü formalaşmalıdır. Tənqidçi materialı oxucu fikri səviyyə-
sində qiymətləndirib canını qurtarmağa çalışırsa, bu, daha tən-
qid deyil, oxucu fikridir. 
Oxucu fikirlərinin yazılmasına isə müsbət baxıram. Əv-
vəla, savadlı oxucuya malik olmaq müasir poeziyamızın prob-
lemlərindəndir. Oxucu oxuduğu materialı qiymətləndirə bilirsə, 
heç olmasa, buna səy edirsə, bunun nəyi pisdir ki?! O ki qaldı 
tənqidi qəbul etməyimə, bəli, tənqidi qəbul edirəm. Qərəzsiz
təmənnasız, obyektiv tənqidi. 
– Yenə sizin Ģeirinizə üz tutaq: «Hər gün ölüm ayağı-
dır» qənaətinə gəlincə çoxmu götür-qoy etmisiniz? 

Qətiyyən. Məncə, həyatı müşahidə etmək kifayətdir. 
1990-cı ildən üzübəri baş verənlər diktə etdi mənə bu fikri: in-
sanlar kütləvi qırğınlarla üzləşib. Bəs hər an ürcah ola biləcəyin 
terror aktları… Evdən çıxırsan, bilmirsən salamat qayıda bilə-
cəksənmi? Ölüm daha qocaya, cavana fərq qoymur. Qabağına 
kim çıxdı, qamarlayır. 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin