Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə44/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   40   41   42   43   44   45   46   47   ...   321
Firuzə Məmmədli 
156 
– ĠĢ, ailə, qadın. Bunları bir araya necə sığıĢdırırsınız? 
Hələ üstəlik, Azərbaycan Yazıçılar Birliyi Həmkarlar Ġt-
tifaqı Komitəsinin iĢləri. 

Kim desə ki, üçünü də tənzimləyirəm, inanmayın. Müt-
ləq birini irəli aparmaq istəsən, o biri geri qalacaq. Mənim üçün 
poeziya, iş həmişə öndə olub. Ona görə də, məni yaxşı şair, 
yaxşı müəllim, yaxşı təşkilatçı hesab edən varsa, tam səmimiy-
yətlə deyirəm 

ailə, ev, qadın məsələsini ikinci anda görsünlər. 
Qadın məsələsi, onun problemləri bəşəriyyətin tarixi ilə yaşıd-
dır. İnanmayın ki, kimsə öz simasında bu problemin həllinə 
nail olduğunu deyib. Bu üçbucaq şəxsən məni olmazın məhru-
miyyətlərə məruz qoyub. 
– Müəllimlikdən heç danıĢmadıq… 

Nə deyim, mənim də müəllimlərim olub. Nümunəvi tə-
ləbə olduğumdan xətrimi istəyiblər. Mən də elə. Yaxşı tələbə-
lərim olub, yenə də var. Nazir olanı da var, akademik olanı da 
var, şair olanı da, adi müəllim olanı da. Elələri də var ki, evdar 
qadındır, ailəsinə xidmət edir. Axı bizim universitetdə daha çox 
qızlar oxuyur. 
Yaxşı oxuyan tələbələrimi mən də qiymətləndirirəm, əziz 
tuturam, unutmuram. Tələbələrimə şeirlərim də var: 
Bu yaxın keçmişin dəcəli qızlar, 
Hərə bir ocağı isidir indi. 
Bir zaman qubalı, gəncəli qızlar, 
Məndən ünvanınız gizlidir indi…. 
Səkkiz bəndlik şeirdir. Xoşbəxt olsunlar, Tanrı onlardan 
ailə və qadınlıq sevincini əsirgəməsin. 
– Bu qədər fəaliyyətlə səssiz-küysüz adamsınız. 

Ötən əsrin 80-ci illərində fəaliyyətimlə bağlı səs-küy 
qaldırmaq istədim. Mənim inandığım, arxa, dayaq, ümid yeri 
sandığım partiyaya rəhbərlik edən kiçik məmurlardan biri dedi 
ki, neyləyək ki, şairsən, alimsən, evin yoxdur. Yazırsan, pulunu 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin