Фирузя мяммядли


– Ġndi siyasət hamını «yeyir». Dünən az qala adı tabu



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə47/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   43   44   45   46   47   48   49   50   ...   321
– Ġndi siyasət hamını «yeyir». Dünən az qala adı tabu 
çəkilərlər, bu gün siyasətə vardıqlarına görə, məhz kiminsə 
tərəfində durduqları üçün ictimai qınağa tuĢ gəliblər. Mən 
biləni, bunun da kökü gedib o zəhrimara – güzərana dirə-
nir? 
Təəssüflər olsun ki, burda da bir həqiqət vardır. Mən 
ona görə təəssüf edirəm ki, bütün bunların arxasında xalqı par-
çalamağa, birliyimizin qəddini sındırmağa maraqlı olan qüvvə-
lərin dəyirmanına su tökənləri görürəm. Halbuki heç bir gün-
güzəran söz-söhbəti cəbhələşməyə aparıb çıxarmamalıdır. 
Şəxsən mənim üçün iqtidar da, müxalifət də vətən övladı-
dır. Demokratik quruluşda əqidə müxtəlifliyinə təbii baxıram. 
Lakin bu müxtəlif düşüncə tərzi antoqanizmə səbəb olmamalı-


Firuzə Məmmədli 
160 
dır. Əslinə qalsa, iqtidar da, müxəlifət də öz partiya proqramın-
da dövlətçiliyimizin və müstəqilliyimizin möhkəmləndirilməsi-
ni, xalqın güzəranının gündən-günə yaxşılaşdırılmasını, torpaq-
larımızın düşməndən azad edilməsini və s.ni qoyur. Bu məram-
la da partiya yaradır və mübarizəyə başlayır. Lakin elə mübari-
zəyə başlayan kimi də torpaq, xalq, müstəqillik, dövlətçilik ya 
«yaddan» çıxır, ya da absurd şüarlara çevrilir. Əvəzində isə qə-
rəzçilik, çəkişmə-boğuşma, «dartma, yaxam cırıldı» qalır. Bü-
tün bunlar onu göstərir ki, biz hələ də siyasi mübarizə yollarına 
yiyələnə bilməmişik. Amma özümüzə «siyasətçi» deyirik. 
– Qadın həm də sirli, sehrli varlıqdır. ġairlik isə bu sir-
lərin açılması, faĢ olması deməkdir. Yoxsa iç dünyamızın 
təlatümünü gizlədə bilmədiniz? 
– Sual bir qədər qəlizdir. Amma bir Allah bilir ki, mən 
poeziyamda da həyatda olduğum qədər səmimiyəm. Bu mənada 
şair Fİruzə, qadın Firuzənin dostu, sirdaşı, qardaşıdıdır. Qadın 
Fİruzə bir qədər qapalıdır, adamlardan qaçandır, sirr verməyən-
dir. Amma şair Firuzə ilə qoşalaşanda heç nəyi ondan əsirgə-
mir. O tam mənası ilə öz dostunun, sirdaşının və qardaşının tə-
siri altındadır. Niyə şair oldum? Ancaq buna görəmi? Ola bilsin 
ki, bu cəhət mənim şairliyimin məziyyətlərindən biridir. Məni 
şair edən isə qeyri-adi taleyim, alın yazımdır. 

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin