I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə40/94
tarix31.01.2017
ölçüsü2,97 Mb.
#7251
1   ...   36   37   38   39   40   41   42   43   ...   94
Değerlendirme.Makaleler, Ankara:TurkishStudies. 

3.

  Buran, A. (2010). Kurşunlanan Türkoloji,Ankara: Akçağ. 



4.

  Fethullova, K. S. (2013). Tatar Türkçesinin Öğretimi Hakkında.Yeni Türkiye, Y. 9, S. 

55, Kasım-Aralık, 496-498. 

5.

  Ganiyev, F. Tĭlĭbĭznĭŋ, Tatar TĭlĭbĭznĭŋBaylıgıTurında, http:// caravanarba.org/ 



index.php/tt/tt-tatarstan/tt-langue-tatarstan /44-tt-richesse-langue-tatare 

6.

  Ganiyev, F.,Ahmetyanov, R., Açıkgöz H. (1997).Tatarca-Türkçe Sözlük,Kazan-



Moskova: İnsan. 

7.

  Gıylecev, İ. Tatar Tĭlĭ Yazmışı TurındaKaybĭrUylanular.http://dumrt.ru/tt/node/6912 



8.

  Gökdağ, B. A. (2015). Türklerin Dünyası. Dil, Kimlik, Siyaset, Kültür Bilimleri 

Akademisi Yay., İstanbul 

9.

  Kirillova, Z. (2014). Tatar Dili - Devlet Dili: Geçmişi ve Bugünü, VI. Dünya Dili 



Türkçe SempozyumuBildirileri, Uludağ Üniversitesi 04-07 Aralık 2013, II. C. (Ed. 

Hatice Şahin-İbrahim Karahanci), Bursa, s. 1619-1622. 

10.

 Öner, M. (1998). Bugünkü Kıpçak Türkçesi,Ankara:TDK. 



11.

 Öztekten, Ö. (2008).Tatar-Başkurt Meselesi ve Başkurtça.Tarihten Bugüne Başkurtlar 

(Yay. Haz. A. Melek Özyetgin, A. Merthan Dündar, İlyas Kamalov), İstanbul: Ötüken, 

2008, 69-91. 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



200

12.


 Şahin, L.(2003b). Rusya Federasyonu 2002 Nüfus Sayımı ve Rusya 

Federasyonu’ndaki Tatar Nüfusa Yansımaları.Türk Dünyası Tarih Dergisi, S. 199 

(Temmuz), 46-51. 

13.


 Temir, A. (1992). Kuzey Türkçesi.TDEK C. II, Ankara: TKAE. 

14.


 Zekiyev, M. (2012). Xezĭrgĭ Tatar Xalkınıŋ Tiren Tamırları, Kazan. 

 

WEB KAYNAKLARI 



 

15.


 http://belem.ru/node/3286 

16.


 http://elibrary.agnirt.ru:8000/index.php?page=view_list&file=2584&view=1&educati

on_form=0&speciality=0&course=0&discipline=0&category=332&list=143 

17.

 http://www.aktanish.ru/?p=3147 



18.

 http://www.azatliq.org/content/article/25046909.html 

19.

 http://www.perepis-2010.ru/results_of_the_census/results-inform.php 



20.

 http://www.tatar-islam.ru/v_tatarstane/?id=10895 

 

 

 



Elmira Habibullina, egitim görevlisi 

Uluslararası iliçkilər və Şarkiyat  

Bölümü müdür  yardımçısı,  

 

ТРАНСФОРМАЦИЯ ГЕНДЕРНО-МАРКИРОВАННОЙ ЛЕКСИКИ ПРИ 



ПЕРЕВОДЕ ТАТАРСКОЙ ЛИТЕРАТУРЫ НА ТУРЕЦКИЙ ЯЗЫК 

 

Одним из приоритетных направлений исследований отечественных и зарубежных 



лингвистов остается изучение гендерной проблематики в языке. Антропологически 

ориентированные исследования в лингвистике становятся все более актуальными и 

востребованными. Новизной подобных исследований является анализ языкового портрета в 

гендерном аспекте. Общий для многих лингвистических направлений принцип «человек в 

языке» вполне согласуется с учетом гендерного фактора. Понятия «мужественность» и 

«женственность» при всей их общечеловеческой универсальности имеют определенную 

национально-культурную специфику. 

Если говорить о тюркоской лингвистике, то гендерный аспект перевода является 

малоизученным. В теории перевода гендерные аспекты всегда оставались вне поля зрения 

исследователей. Однако стоит помнить о том, что недооценка гендерных особенностей при 

переводе может стать причиной прагматических ошибок, достаточно часто встречающихся в 

художественной литературе.  Соответственно, если мы задаемся целью выполнить 

качественный художественный перевод, то должны уделять должное внимание подробному 

изучению особенностей отражения гендерных особенностей как в тексте оригинала, так и в 

тексте перевода, а также изучить особенности и способы их передачи. Гендерные 

особенности художественного произведения представляют собой достаточно значимый 

компонент художественной структуры текста. 

Исследования в области лингвистической гендерологии вращаются вокруг двух групп 

проблем. Первая представляет собой проявление гендерных различий в языке, вторая – 

проявление гендерных различий в речевой коммуникации. Мы обратили наше внимание на 

исследование гендерной дифференциации в языке (рассмотрение грамматического рода, 

способов лексической репрезентации слов определенных тематических групп). 

Наше исследование посвящено изучению аспектов трансформации гендерно-

маркированной лексики при переводе с татарского на турецкий язык. С целью более 

результативного изучения особенностей перевода гендерной лексики мы разделили 

выявленные лексемы на 9 тематических подгруппы: лексику, характеризующуюпол; 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



201

обозначающую возрастные маркеры; выражающую родственные отношения; определяющую 

семейное положение человека; отражающую названия профессий, вида деятельности; 

характеризующую качества характера, нравственные особенности; обозначающую 

национальную принадлежность; определяющую социальный статус и лексику с оценочной 

маркировкой. 

 

 

 



 

Gülbəniz Babayeva, fil.ü.f.d. 

AMEA Nizami adına Ədəbiyyat İnstitutu,  

gulbeniz-babayeva@mail.ru  

 

ORTAQ TÜRK ƏLİFBASININ YARADILMASINDA 



MOLLANƏSRƏDDİNÇİLƏRİN ROLU  

 

Çağdaş dövrümüzdə uluslararası siyasi-iqtisadi, ədəbi-mədəni əlaqələrin genişləndiyi 



qloballaşma şəraitində türkdilli xalqların sıx birliyini, bütövlüyünü təmin edəcək ortaq əlifba və 

dilin yaradılması problemi olduqca aktual və təxirəsalınmaz bir vəzifədir. Hələ əsası Mirzə Fətəli 

Axundzadə ilə qoyulan əlifba məsələsi keçən əsrin 20-ci illərində gündəmə gətirilməyə başlandı. Bu 

taleyüklü məsələ zaman-zaman aktuallaşsa da, bugünədək həllini tapa bilməmişdir. Belə ki, bəzi 

türkdilli xalqlar, o cümlədən Azərbaycan, türk və başqaları latın qrafikalı əlifbadan istifadə etsələr 

də, bu hal digər xalqlarda kütləviləşə bilməmişdir. Ancaq qeyd etmək lazımdır ki, indiki mərhələdə 

Qarabağ, Krım, axıska türkləri və başqa türksoylu xalqlara qarşı edilən haqsızlıqlar – torpaqların 

işğalı, soyqırımlar, terrorlar, köçürmələr və s. bir daha göstərir ki, nəinki ortaq əlifba və dil, eyni 

zamanda bütövlükdə türk dünyasının ictimai-siyasi, ədəbi-mədəni birliyini zəruriləşdirir və 

aktuallaşdırır. Bu mənəvi birliyə daxili bir ehtiyac dünən də duyulub, bu gün də duyulur və sabah da 

duyulacaq.  

Keçən əsrin 20-ci illərində türk dünyasının tanınmış ziyalıları İsmayıl bəy Qaspıralı, Fuad 

Köprülüzadə, Cəlil Məmmədquluzadə, Firidun bəy Köçərli, Üzeyir bəy Hacıbəyli, Məhəmməd ağa 

Şahtaxtlı, Vəli Xuluflu və başqalarının irəli sürdüyü, dəstəklədiyi və mücadilə apardığı bu önəmli 

məsələlər çağdaş dövrümüzdə də olduqca əhəmiyyətli görünür.  

Şübhəsiz ki, yuxarıda adlarını qeyd etdiyimiz şəxslərlə yanaşı, bu problemin gündəmə 

gətirilməsi və müsbət həll olunmasına bir çox ziyalılarımız təşəbbüs göstərmişlər. Bəs görəsən, 25 il 

fəaliyyət göstərən, ilk satirik jurnal kimi mətbuat tariximizin dəyərli səhifələrini yazmış “Molla 

Nəsrəddin” jurnalı və onun naşiri, böyük realist ədibimiz C.Məmmədquluzadənin bu məsələdə 

hansı xidmətləri olmuşdur? 

Türkoloji qurultaydan xeyli əvvəl – 1922-ci ildə Cəlil Məmmədquluzadənin naşiri olduğu 

“Yeni yol” qəzetinin nəşrə başlaması bu böyük tədbirə hazırlığın ilkin mərhələsi idi desək, 

yanılmarıq. Bunun davamı olaraq, elə həmin ildə “Yeni türk əlifbası” komitəsinin yaradılması da bu 

möhtəşəm tədbirə ciddi hazırlığın getdiyini bir daha təsdiqləyir.  

Ümumiyyətlə, “Yeni yol” qəzetinin yeni əlifbanın təbliğində müstəsna rolu olmuşdur. Məhz 

bu mətbu orqan fəaliyyət göstərdiyi illərdə də dövrün tanınmış ziyalıları tərəfindən yüksək 

dəyərləndirilmişdir. Vəli Xuluflu “Yeni yol” haqqında fikirlərini belə açıqlamışdır: “Yeni yol” 

kəlməsi çox vaxt yeni əlifba yerinə işlədilirdi... “Yeni yol” yeni əlifbanın bir sinonimi olmuşdur”.  

C.Məmmədquluzadənin arxiv materialları arasında Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi 

tərəfindən M.B.Qasımovun imzaladığı 2 sentyabr 1924-cü il tarixli vəsiqədə yazıçının yeni türk 

əlifbasını yaymaq üçün Azərbaycan MİK-nin sədri Ağamalıoğlu ilə birgə RSFSR və Türküstan 

respublikalarına gedəcəyi haqqında məlumat verilir.  

C.Məmmədquluzadə bu səfər haqqında Bakıdan Həmidə xanıma yazır: “... sən Bakıya 

gəldiyin zaman, yəqin ki, mən səfərdə olacağam; elə düşünürəm ki, sentyabrın 4-də mən 

Ağamalıoğlu ilə Krıma, qulluq işlərinə getmiş olaram. Biz üç həftədən sonra qayıdacağıq” (7; 447 ). 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



202

7 sentyabr 1924-cü il tarixli Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin katibi T.Şahbazinin 

imzası ilə Mirzə Cəlilə verilmiş digər bir vəsiqədə göstərilir ki, o, yeni türk əlifbasını yaymaq 

məqsədilə Krım, Tatarıstan, Türküstan respublikalarına gedən Mərkəzi İcraiyyə Komitəsi sədri 

Ağamalıoğlunun sədr olduğu xüsusi komissiyanın üzvüdür.  

O dövrdə nəşr olunan bir çox mətbuat orqanları – “Molla Nəsrəddin”, “Kommunist”, “Yeni 

yol”, “İzvestiya”, “Türküstan”, “Qızıl Tatarıstan”, “Vlastruda”, “Krasnaya Tatariya”, “Bakinski 

raboçi” və başqaları yeni əlifba və dil məsələləri, komissiya üzvlərinin gördüyü işlər haqqında öz 

səhifələrində müfəssəl məlumatlar dərc etmişlər.  

C.Məmmədquluzadə əlifba məsələsinə xüsusi önəm verdiyindən “Molla Nəsrəddin” 

jurnalının səhifələrində həm qurultaydan öncə, həm də sonra I Türkoloji Qurultayda müzakirə 

obyekti olan ortaq əlifba, ortaq dil və s. məsələlərə həsr olunmuş yazılar yer almışdı. Dərgidə 

davamlı olaraq çap olunan “Təzə əlifba”, “Acıqnan”, “Türkcə kəlmələr haqqında araşdırmalar”, 

“Təzə əlifba qazanmır”, “Ərəb əlifbası”, “Qatıq ağdırmı, qaradırmı?”, “Xala xətrin qalmasın”, 

“Yeni türkoloji qurultay”, “Bazar qiymətləri”, “Latın hürufatı və ingilislər”, “Türkoloji Qurultayına 

teleqram”, “Eşit, inanma”, “101-in qabağına 8” və s. yazılarda ərəb əlifbasının törətdiyi problemlər, 

dil və əlifba məsələlərindəki çətinliklər, ziddiyyətli məqamlar, Türkoloji Qurultay və jurnalın, ədəbi 

ictimaiyyətin bu məsələlərə münasibəti kimi önəmli məsələlər öz əksini tapmışdır.  

Türkoloji Qurultay günlərində jurnalda çap olunan “Təmizləmək” məqaləsində deyilir: “İndi 

türklər də uzun bir gecə yuxusundan sonra ayılıb öz evləri olan dillərini təmizləmək istəyirlər və 

bunun üçün də bu gün Bakıda ümumtürkoloji qurultayı çağırılmışdır. Qurulyatın təmizləyəcəyi ev 

deyil, dildir və özü də türk dilidir” (4; 2).  

Felyetonda dilimizdə olan yad təsirləri zibilli evlə müqayisə edən müəllif bu zibillərin nədən 

ibarət olduğunu açıqlayaraq yazır: “Əlifba zibili, əruz vəzni zibili, ərəb dili zibili, fars dili zibili və 

başqaları... 

Türk dilini bütün bu zibillərdən təmizləmək lazım gəlir. Təmizləməyə başlayanda məlum 

şeydir ki, bu qədər zibilin tozu da çox olacaqdır. Çünki bu zibil bir günlük, bir gecəlik deyil, yüz 

illərlə yığılmış bir zibildir” (2; 2). 

Göründüyü kimi, “Molla Nəsrəddin” jurnalı birmənalı olaraq, ərəb əlifbasının dilimizdən 

çıxarılmasının tərəfdarı olmuşdur. Təsadüfi deyildir ki, jurnalın redaktoru Cəlil Məmmədquluzadə 

də digər mollanəsrəddinçilər kimi ərəb əlifbasının yaratdığı çətinliklərdən bəhs edərək yazır: “... 

ərəb hürufatına nifrət və yeni bir asan hürufata həvəs məndə hələ o vaxtlardan (cavanlıqdan) var idi. 

Sonra da – necə ki, məlumdur – mən həmişə yeni türk əlifbasını arzu eləyən və köhnə hürufatın 

ziddinə gedənlərdən oldum” (2; 142.). 

Qurultayda əlifba ilə bağlı məsələlərdə iştirakçılar üç istiqamətdə iş aparırdılar. Üç fərqli 

dünyagörüş, üç baxış, üç münasibət. Müxtəlif prizmalardan yanaşma tərzi “Molla Nəsrəddin” 

jurnalında dərc olunan “Ərəb əlifbası” felyetonunda da aydınlaşdırılır. “Hal-hazırda Nəcəfül-əşrəfdə 

əlifbaçılar üç məsləkə mənsubdurlar: 1) ərəb əlifbası tərəfdarları; 2) islahçılar; 3) latın əlifbası 

tərəfdarları. Ərəbistanın Məkkə, Mədinə, Kərbəla, Bağdad və Nəcəfül-əşrəf və qeyri böyük 

şəhərlərində yeni ərəb əlifbası uğrunda böyük danışıqlar var” (3; 4 ). 

Felyetonda göstərilir ki, Məkkə darülfununun tarix müəllimi, Paris-Sarbon darülfünununda 

təhsil almış Əlaəddin Şəcəri də hətta ərəb əlifbasına qarşı çıxaraq demişdir: “... ey mənim balalarım, 

bən görürəm ki, bu bədbəxt yeroqliflər sizin gözlərinizi piş əz vəqt kor edir və bunun üçün bənim 

ürəyim həmişə yanmaqdadır” (3; 4). 

Ərəb əlifbasının çətinliklərini heç ərəblərin özlərinin də qəbul etmədiyini diqqət mərkəzində 

saxlamağa çalışan müəllif onun tərəfdarlarını qınamaqdan çəkinmir. “Amma bilmirəm indi içimizdə 

ərəb əlifbasını müdafiə edən türk balaları ərəblərin hansından vəkalət alıb, döşlərini qabağa verib 

ərəb cızmaqarasını təsdiq etməkdədirlər” (3; 4). 

“Molla Nəsrəddin”də dərc olunmuş yazılarda müxtəlif xalqların – Azərbaycan, türk, fars, 

ərəb, yakut və başqalarının yeni əlifbaya münasibətini əks etdirməsi dərginin həmin məsələlərə 

ciddi yanaşdığını bir daha ortaya çıxarır. Məlumdur ki, latın əlifbasını qəbul etmiş bir sıra türksoylu 

xalqlar çox keçmədən zorla kiril əlifbasına keçməyə məcbur edildilər. Bu proses hələ əvvəlcədən 

düşünülmüş və rus imperiyası türkdilli xalqları özündən asılı vəziyyətə salmaq məqsədi ilə belə bir 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



203

addım atmağı planlaşdırmışdır.  

Ümumiyyətlə, sovet rejimi bu qurultaya icazə verməklə bir çox gizli məqsədinə nail oldu. 

Məqsədlərdən biri qurultayda iştirak edəcək türk aydınlarını müəyyənləşdirmək idi. Təsadüfi deyil 

ki, qurultaydan heç 10 il keçmədən bütün qurultay iştirakçıları təqiblərə məruz qaldı. Onların sağ 

qalanları ya repressiya qurbanı oldu, repressiyadan qaçanlar isə mühacirət ömrü yaşamağa məcbur 

oldular. İikinci bir məqsəd isə qurultayda yeni keçməklə istila altındakı türk xalqlarını Türkiyə 

respublikasından ayırmağa nail olmaq idi. Çünki bu dönəmdə Türkiyədə hələ də ərəb əlifbası 

keçərli idi. Ancaq planlaşdırılmamış bir şey vardı: Atatürk Fuad Köprülüzadə vasitəsilə qurultayla 

əlaqə saxlayır, yeni əlifbanın  qəbulunu dəstəkləyirdi. Elə buna görə də latın əlifbasının taleyi qısa 

sürdü. Türkiyənin latın əlifbasına keçməsi ilə türksoylu xalqların kiril əlifbasına məcburi keçidi 

rəsmiləşdirildi. Beləcə, istila altında olan türksoylu xalqlar planlı şəkildə Türkiyə 

Cümhuriyyətindən uzaqlaşdırıldı. 

Hələ 1926-cı ildə “Molla Nəsrəddin” səhifələrində yer almış “101-in qabağına 8” felyetonu  

bu baxımdan diqqəti cəlb edir. İki nəfərin dialoqu əsasında qurulan felyetonda əlifba və dil 

məsələsindən söhbət açılaraq Türkoloji qurultayın qərarlarına münasibət bildirilir. Felyetonda 

yazılır: “Yakut oblastından gəlmiş bir tatar nümayəndəsi gözləri yaşarmış halda deyirdi ki, bizim bu 

çağacan yazımız yoxdur!.. 

Neçə ildir ki, dil və yazı üçün gəzirdik. Bu axırlarda bizə məsləhət görmüşdülər ki, rus 

əlifbasını və rus dilini götürüb öz dilimiz deyə öyrənək!..” (6; 4). 

İki nəfərin mübahisəsində məlum olur ki, geyimlərimizdən başlamış yeməklərimizə, məişət 

əşyalarımıza, hətta oğullarımızı rus qızı ilə evləndirməyimizə qədər hər şey rusların adı ilə bağlıdır, 

heç bir şeydə ərəblərdən qalma əlamətləri yaşatmırıq.  

Felyeton ərəb əlifbası tərəfdarlarının dilindən yazıldığından orada fikir belə yekunlaşır: “... 

bu gün cümlə türk-tatar millətləri, qövmləri tərəfindən buraya yığışmış nümayəndələr də dedilər ki, 

bizə ərəb əlifbası da ərəb şalvarı, ərəb əbası... kimi lazım deyildir” (6; 4). 

Qurultaydan xeyli sonra da yeni əlifba ilə yazıb-oxumağı bacaran kadrlar yox idi. Buna görə 

də latın qrafikalı əlifbanın yaratdığı çətinliklərdən yayınmaq üçün bir çox ziyalılar daha çox rus 

dilində yazıb-oxumağa üstünlük verirdilər. “Molla Nəsrəddin” jurnalı cəmiyyətdə hökm sürən belə 

neqativ halları öz səhifələrində ciddi tənqid atəşinə tuturdu. “O olmasın, bu olsun” felyetonunda 

jurnal məhz diqqəti belə bir məqama yönəltmişdi. Üzeyir Hacıbəylinin məşhur “O olmasın, bu 

olsun” səhnə əsərinin sərlövhəsini xatırladan kiçik həcmli felyetonda da kiril əlifbasına - rus dilinə 

üstünlük verən elit təbəqənin nümayəndələrinin latın əlifbasına biganəliyi tənqid hədəfinə 

çevrilmişdir.  

“Salyan qəzasının Bankə balıq vətəgəsindəki idarələrdə işləmək üçün yeni əlifba ilə savadlı 

adam tapılmadığına görə işlər yavaş-yavaş, yainki yeyin-yeyin ruscaya keçir. Nə olar? Nə eybi var, 

o olmasın, bu olsun” (9; 6). 

“Molla Nəsrəddin” jurnalının qurultayla bağlı çoxsaylı və rəngarəng yazılarında İran 

məmləkətinin bu möhtəşəm toplantıya biganə qalaraq qatılmaması “Türkoloji Qurultayına 

Teleqram” felyetonunda ciddi tənqidə məruz qalır: “Bütün fars millətləri adından bildirirəm ki, 

Bakıda açılan türkoloji qurultayına İran Azərbaycanından heç kim gəlməyəcəkdir. 

Çünki burada türk adında şey yoxdur. Olanlar da bizim sayeyi-mərhəmətimizdən türklüyü 

atıb fars dilini qəbul etmişdirlər. Buna görə zəhmət qəbul edib bica yerə İranzəmindən adam 

gözləməyəsiniz” (5; 7). 

 “Molla Nəsrəddin” jurnalının 1926-cı ilin fevral, mart nömrələrində ərəb əlifbasının artıq öz 

dövrünü başa vurması, latın qrafikalı əlifbanın gündəmə gələrək aktuallaşmasına aid xeyli yazılar 

dərc olunmuşdur. “Bazar qiymətləri”ndə eyhamlarla ərəb cümlələrinin, fars kəlmələrinin 

ucuzlaşması kəskin ironiya ilə oxucuya çatdırılır.  

Məlumdur ki, türk xalqları bir əsrdə bir neçə dəfə əlifba dəyişdirməyə təhrik ediliblər. 

Şübhəsiz ki, stalinizmin, sovet rejiminin türksoylu xalqlara qarşı apardığı amansız repressiyaların, 

mənəvi aşınmaların bir istiqaməti də məhz əlifba məsələsi ilə bağlı olmuşdur. Türkoloji qurultayın 

keçirildiyi zamanlarda olduğu kimi, çağdaş dövrümüzdə də əlifba məsələsinə fərqli yanaşmalar 

mövcuddur. Yazıçı Anarın da fikirləri bu baxımdan maraqlı görünür. “İndi bu iki hadisəyə - latına 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



204

və kirilə keçməyə tarixi perspektivdən baxarkən mənə elə gəlir ki, 39-cu ildə rus əlifbasına keçmək 

Azərbaycan mədəniyyətinə qarşı zorən, məcburən törədilən cinayət idisə, 26-cı ildə latın əlifbasına 

keçmək haqqında könüllü  və səmimi qərar da səhv qərar idi. Belə bir ifadə var: bu cinayət deyil, bu 

cinayətdən betərdir – səhvdir... Mirzə Fətəlidən Mustafa Kamala qədər türk dünyasının ən böyük 

şəxsiyyətlərinin irəli sürdüyü və həyata keçirdikləri bu əməli – yəni latın əlifbasına keçməni mən 

strateji nəticələri baxımından tarixi səhv hesab edirəm” (13). 

Şübhəsiz ki, yazıçının əlifbanın dəyişdirilməsini “tarixi səhv” hesab etməsi müəyyən 

səbəblərlə bağlıdır. Çünki zəngin və çoxəsrlik ədəbiyyatımızın, tariximizin min ildən artıq bir dövrü 

məhz ərəb əlifbası ilə yazılmışdır. Bu əlifbanın dəyişdirilməsi böyük məxəzlərdən təcrid olunmağa 

gətirib çıxarmışdır. Buna görə də Anarın belə taleyüklü problemə münasibəti başadüşüləndir. 

Yazıçı fikirlərini davam etdirərək ərəb əlifbası ilə bağlı düşüncələrini belə yekunlaşdırır: 

“Yuxarıda söylədiyim mülahizələri kimsə yenidən ərəb əlifbasına qayıtmaq niyyəti kimi absurd bir 

arzu sayacaqsa, çox böyük səhv edəcək. Qatar artıq çoxdan gedib, yenidən ərəb əlifbasına dönmək 

lazım da deyil, mümkün də” (13). 

Anar bu aksiomanı yaxşı anlayır ki, ziqzaqvari gedişlə yenidən ərəb əlifbasına qayıtmaq 

onsuz da çətin olan labirintin daha da dərinləşməsinə gətirib çıxarar. Dəfn edilmiş bir əlifbanın 

yenidən dirilməsi mümkündürmü? Dəfn etmək dedim, bu məqamda yenə də yadıma “Molla 

Nəsrəddin” düşdü. Özü də bu xatırlama təsadüfi deyil. Jurnalın 1926-cı ilin 11 mart nömrəsində 

diqqətçəkən yoldaşlıq şarjı dərc olunmuşdur. Şəkildə ərəb əlifbasının qəbri təsvir olunmuş və baş 

daşı üzərində bu sözlər yazılmışdır: “Ərəb əlifbasının qəbri”. Qəbrin ayaq ucunda S.Ağamalıoğlu 

əsaya söykənərək əyləşmiş və papağını sinə daşı üzərinə qoyaraq ərəb əlifbasına xitabən bu sözləri 

deyir: “Həmişəlik olaraq yat, yerin rahat olsun, heç nigaran qalma, sənin üçün matəm saxlarıq, hətta 

ehsan verərik” (10; 4). 

Əlbəttə, bu dostluq şarjı Türkoloji Qurultayın ərəb əlifbasının ləğvi ilə bağlı qərarından 

sonrakı mənzərənin real əksi idi. Burada təsvir olunan şəxsin isə Səməd Ağamalıoğlu olması da 

labüd idi. Çünki o, “Yeni türk əlifbası” komitəsinin sədri kimi bu sahədə fəal iş aparmışdır.  

“Molla Nəsrəddin” jurnalının 3 yanvar 1929-cu il sayında dərc olunan “Pillə-pillə” yazısında 

oxuyuruq: “Necə ki məlumdu, bu gün bizim bayramımızdır, çünki bu gün biz ərəb əlifbasından 

xilas oluruq” (8; 4). 

Türk xalqları arasında ortaq əlifbanın və ortaq ünsiyyət dilinin yaradılması, əlbəttə ki, asan 

bir məsələ deyil. Bunun üçün xeyli zaman lazım gələcək. Lakin bu gün bütün dünyanı bir nöqtədə 

birləşdirən internetin aktiv fəaliyyəti prosesin sürətlənməsində ən mühüm vasitələrdən birinə çevrilə 

bilər.  


ƏDƏBİYYAT 

1.

  Böyük ədib və mütəfəkkir Əli bəy Hüseynzadə. Bakı, “Elm”, 2015. 484 səh.  



2.

  Cəlil Məmmədquluzadə. Xatiratım. Əsərləri 6 cilddə, 6-cı cild. Bakı, Azərnəşr. 1985. 311 

səh. 

3.

  Cırcırama. “Ərəb əlifbası”. “Molla Nəsrəddin”. 1926. № 11. 



4.

  Əbülhövl. “Təmizləmək”. “Molla Nəsrəddin”,  1926. № 9. 

5.

  Əz tərəfi Tazə Şah. “Türkoloji Qurultayına Teleqram”. “Molla Nəsrəddin”, 1926.          № 9. 



6.

  Qıyığ. “101-in qabağına 8”. “Molla Nəsrəddin”, 1926. № 11. 

7.

  Qulam Məmmədli. Molla Nəsrəddin (Cəlil Məmmədquluzadənin həyat və fəaliyyətinin 



salnaməsi). Azərbaycan Dövlət Nəşriyyatı. Bakı, 1955, 564 s. 

8.

  Molla Nəsrəddin. “Pillə-pillə”. “Molla Nəsrəddin”, 1929. № 1. 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin