Ia9 -fesil-1: 9 qxd


İfadələr. Əməllərin öncüllüyü



Yüklə 0,52 Mb.
səhifə23/49
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#1163
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   49
İfadələr. Əməllərin öncüllüyü. Proqramların əksəriyyətində hesabi ifadə-lərsiz keçinmək mümkün deyil. Hesabi ifadələrdə istifadə olunan hesab operator-larının siyahısı, onların yazılış və hesablanma qaydası aşağıdakı cədvəldə göstərilib.


Hesab operatoru

Operatorun adı

Örnək

+

Toplama

5 + 2bərabərdir 75.0 + 2.0bərabərdir 7.0

-

Çıxma

5-2bərabərdir 35.0 - 2.0bərabərdir 3.0

*

Vurma

5*2bərabərdir 105.0 * 2.0bərabərdir 10.0

/

Bölmə

5/2bərabərdir 2.55.0 / 2.0bərabərdir 2.5

div

Tam ədədlərin natamam (qalıqsız)qisməti

5 div 2bərabərdir 2

mod

Qalığın hesablanması

5 mod 2bərabərdir 1





Hər bir hesab operatoru konstant, dəyişən, yaxud başqa hesabi ifadə olabiləcək iki operandla işləyir. +, -, * / operatorlarının operandlarıRealIntegertipli ola bilər. Cədvəldən göründüyü kimi, +, -, * operatorlarından isti-fadə edərkən alınan nəticənin tipi operandların tipi ilə üst-üstə düşür, / operatoru-nun nəticəsi isə həmişə həqiqi ədəd olur. Sonuncu iki operatorun operandları(divmod) isə yalnız tam ədədlər ola bilər.

Yuxarıda sadalanan operatorlardan istifadə etməklə konstant (sabit kəmiyyət)və dəyişənlərdən ifadə qurmaq olar, məsələn:

(a + b) / c

(MaxI * n + ql) div (n + ql)

(flag or not(a = b)) and (n <> ql)

İfadədə əməllərin yerinə yetirilmə ardıcıllığı mötərizələrlə müəyyənləşir.Bununla yanaşı, riyaziyyatda mövcud olan adi qaydalar da qüvvədədir, məsələn,vurma və bölmə əməlləri toplamadan əvvəl yerinə yetirilir və s.



  1. Identifikator nədir?

  2. Bunlardan hansıları identifikator deyil? Səbəbini izah edin.

End ReadLn program 123XYZ XYZ123

_Y=Z 'Max' AyOl Ay-01 1 Ay

3. Pascal proqramı hansı əsas hissələrdən ibarət olmalıdır?

    1. Dəyişənlərin adlandırılması qaydası necədir?

    2. Aşağıdakı şərhlərdə sintaktik səhvləri düzəldin.

{ Bu şərhdir *)

{ Bu da {şərhə} oxşayır }

1.7.OPERATORLAR

Pascal dilindəki proqramlar dəyişənlərin təsvirindən və onlar üzərindəaparılan müxtəlif əməliyyatlardan, başqa sözlə, operatorlardan ibarətdir.

Verilənlər operatorlar vasitəsilə emal olunur. Operatorlar iki cür olur: icraolunmayan (verilənləri və proqramın strukturunu təsvir etmək üçün) və icra olu-nan (müxtəlif əməliyyatları yerinə yetirmək üçün) operatorlar. Biz təsviretməoperatoru ilə tanış olduq. İndi isə bəzi icra olunan operatorlarla tanış olaq.



Mənimsətmə operatoru. Dəyişənlərə qiymətlər vermək, yaxud onlarıdəyişdirmək üçün proqramlaşdırma dillərinin hamısında mənimsətmə operatoruolur. Həmin operatorun ümumi şəkli belədir:

Mənimsətmə operatorunun sol tərəfində yeni qiymət alacaq dəyişənin identi-fikatoru göstərilir. Mənimsətmə işarəsi müxtəlif proqramlaşdırma dillərində müx-təlif olur. Məsələn, BASIC və C dillərində mənimsətmə işarəsi adi bərabərlikişarəsi (=) kimi olduğu halda, Pascal dilində o,:=(iki nöqtə və bərabərdir)simvollar kombinasiyası şəklindədir.

Mənimsətmə operatoruna nümunələr:

x := 5; x dəyişəninə 5 ədədi mənimsədilir;

y := x; y dəyişəninə x-in qiyməti mənimsədilir;

y := x + 10; y dəyişəninin qiyməti x dəyişəninin qiymətindən 10 vahidartıq olur;

x := x - 2; x dəyişəninə özündən 2 vahid az olan qiymət mənim-

sədilir;


y := y + 1; y dəyişəninə özündən 1 vahid çox olan qiymət mənim-

sədilir.


program Happiness; var

I, You, We: Integer; begin

I := 1; You := 1; We := I + You; end.

Giriş və çıxış operatorları. Proqram işləyərkən istifadə olunan bütünverilənlər kompüterin operativ yaddaşında yerləşir. Proqram başqa qaynaqlardayerləşmiş verilənlərə xarici verilənlər kimi baxır. Verilənlərin xarici mənbələrdənalınıb-verilməsi əməliyyatlarına giriş (daxiletmə), yaxud çıxış əməliyyatları de-yilir.

Giriş (daxiletmə) - verilənlərin xarici mənbədən qəbul edilməsi.Çıxış - verilənlərin xarici qəbulediciyə verilməsi.

WriteLn proseduru. İstifadəçi ilə interaktiv qarşılıqlı əlaqədə işləyən proq-ramlarda çox zaman ekrana çıxarma operatoru tətbiq olunur. Pascal dilində veri-lənləri ekrana çıxarmaq üçünWrİteLnstandart prosedurundan istifadə olunur.Ekrana çıxarılası dəyişənlər və ifadələr bu prosedurun parametrləri olur.

WriteLn('Cəmi ', a);

Bu operator iki elementi -'Cəmi'sətrini vəadəyişəninin qiymətini ekran-da əks etdirir. Onun icrasınadəkadəyişəninin qiyməti, məsələn, 2.345 olarsa,ekrana



Cəmi 2.3450000000E+00

cıxacaq (əgər həqiqi ədədin ekrana çıxarılması zamanı heç bir format gös-tərilməmişsə, Pascal eksponensional formatdan istifadə edir).Tutaq ki, proqramda



WriteLn('Cəmi ', a); WriteLn;

WriteLn('Son ');

operatorlar ardıcıllığı var. Bu operatorların icrasından sonra ekranda



Cəmi 2.3450000000E+00 Son

sətirləri əks olunacaq. Gördüyünüz kimi, ikinci operatorda çıxış siyahısıolmadığından ekrana boş sətir çıxarılır.

Beləliklə,WriteLnproseduru çıxış siyahısında verilmiş hər bir dəyişəni,yaxud konstantı əks etdirir, sonra isə kursoru növbəti sətrin başlanğıcına keçirir.Əgər çıxış siyahısında apostrofa alınmış sətir varsa, apostroflar çap olunmur(ekrana çıxarılmır). Çıxış siyahısı boşdursa,WrİteLnprosedurunun icrasındansonra kursor, sadəcə olaraq, növbəti sətrin başlanğıcına keçəcək.


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin