“Informasiya İqtisadiyyatı”


Kreativ rifah multiplikatoru



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə46/76
tarix02.01.2022
ölçüsü0,69 Mb.
#40524
1   ...   42   43   44   45   46   47   48   49   ...   76
document hrclubaz 217

 
Kreativ rifah multiplikatoru 
 
İnformasiya  makroiqtisadiyyatında  ümumi  rifah  məcmu 
kreativ  rifahla  eyniləşdirilir,  o,  kəmiyyətсə  cəmiyyət  üzvlərinin 
yaradıcılıq fəaliyyətinin məcmu müddətinə bərabərdir, yəni dəyər 
vahidləri ilə (keynsçilik nəzəriyyəsində olduğu kimi) deyil, zaman 
vahidləri  ilə  ölçülür.  Tədqiqatın  elementar  obyekti  kimi  sahə 
deyil,  yaradıcı  fərd  götürülür.  Ümumi  rifah  cəmiyyətin  bütün 
üzvlərinin  fərdi  rifah  qiymətlərinin  cəminə  bərabərdir,  ona  görə 
də kreativ nəzəriyyədə ümumi rifah funksiyası additiv olur. Bu o 
demək  deyildir ki, hər hansı fərdin rifahının müəyyən miqdarda 
artması  ümumi  rifahın  da  həmin  miqdarda  artmasına  səbəb  ola-


 
73 
caqdır.  Fərdlər  bir-birinə  təsir  göstərirlər  və  onlardan  birinin 
rifahının  dəyişməsi  digərinin  rifahının  dəyişməsinə  səbəb  ola 
bilər. Məsələn, ananın asudə vaxtının artması ona öz oğlu ilə daha 
çox vaxt keçirməyə imkan verir və oğulun həyatı daha məzmunlu 
olur,  yəni  ananın  rifahının  artması  oğulun  rifahının  artmasına 
səbəb olur. Oğul da anaya təsir göstərir və oğulun rifahının induk-
siyalaşmış  artımı  ananın  rifahının  müəyyən    artımına  səbəb  ola-
caqdır  və  i.a.  sonsuzluğa  qədər.  Fərdlərin  rifah  qiymətlərinin  ar-
dıcıl  dəyişməsi  prosesi  və  onunla  yanaşı,  ümumi  rifahın  dəyiş-
məsi  kreativ  rifahın  multiplikasiyası  prosesini  təşkil  edir.  Mul-
tiplikasiya effekti ondan ibarətdir ki, bir fərdin rifahının birdəfəlik 
artması  nəticəsində  və  ya  əlverişli  impuls  nəticəsində  ümumi 
rifahın  sonsuz  zaman  ərzində  əldə  olunmuş  məcmu  artımı  bu 
impulsun  kəmiyyətindən  çox  olur.  Fərdin  ümumi  rifahının  mul-
tiplikatoru həmin fərdin ümumi rifahının artımının onun rifahının 
birdəfəlik artımı kəmiyyətinə olan nisbətinə bərabərdir.  
Ümumi  rifahın  multiplikatoru  modeli  gəlir  multiplikatoru-
nun  keynsçilik  modelindən  onunla  fərqlənir  ki,  birinci  halda 
cəmiyyətin  hər  bir  üzvünün  ayrıca  multiplikatoru  vardır  və  bu 
multiplikator onun ictimai əhəmiyyətini xarakterizə edir. Keynsin 
modelində isə multiplikator  yeganədir və makroiqtisadi  göstərici 
kimi çıxış edir. Kreativ nəzəriyyədə əlverişli impuls fərdin həyat 
şəraitində qısamüddətli dəyişiklik kimi təfsir edilir, elə dəyişiklik 
ki,  onun həyatının  yaradıcı dolğunluğunun kəskin şəkildə artma-
sına səbəb olur. Əlverişli impulsa misal kimi intensiv tədris kur-
sunu, dünyagörüşünü artıran səyahəti, başqa insanla yaradıcı ün-
siyyəti  və  s.  göstərmək  olar.  İmpulsun  kəmiyyəti  nəzərdən  keçi-
rilən  qısa  dövrdə  ali  fəaliyyət  vaxtının  eyni  uzunluqda  olan  əv-
vəlki dövrə nisbətən artımı ilə ölçülür. 
Ümumi  rifahın  multiplikasiyalı  artımı  cəmiyyətin  bütün 
üzvlərinin  fərdi  rifahlarının  multiplikasiyalı  artımlarının  cəmləş-
məsi yolu ilə  yaranır. Fərdi rifahın multiplikasiyalı artımı bir-bi-
rinin  ardınca  gələn  bərabər  ölçülü  qısa  dövrlərə  aid  edilən  ar-
tımların sonsuz azalan ardıcıllığının cəmi kimi hesablanır. İzahın 
sadəliyi üçün biz bu qısa dövrü bir ay kimi qəbul edirik. Nəzərdən 


 
74 
keçirilən  fərdin  əlverişli  impulsa  məruz  qaldığı  ay  sıfırıncı  ay 
sayılır. 
Ümumi  rifahın  multiplikasiyası  modelində  mərkəzi  yeri  A 
təsirlər matrisi tutur, onun a
ij
  elementi  i fərdinin cari ayda rifa-
hının bir vahid artması nəticəsində fərdinin növbəti ayda rifahı-
nın  artımına  bərabərdir.  Təsir  matrisinin  bu  elementini  biz  i  fər-
dinin  j  fərdinə  təsirinin  son  norması  adlandırırıq,  həmin  element 
bir  fərdin  digərinə  təsir  göstərmək  qabiliyyətini  xarakterizə  edir. 
Məsələn,  tanınmış  müğənni  üçün  təsirin  son  normasının  bir  çox 
qiymətləri  qəti  olaraq  müsbətdir,  çünki  onun  kreativ  rifahının 
artması yaradıcılıq fəaliyyətinin nəticələrinə müsbət təsir göstərir 
və  buna  görə  də  çoxsaylı  pərəstişkarların  həyatının  dolğunluğu 
artır.  Cəmiyyətin  «adi»    üzvü  üçün  təsirin  son  normasının  sıfıra 
bərabər olmayan qiymətlərinin sayı çox deyildir və onun ailə üzv-
lərinin, dostlarının, həmkarlarının və s. sayına uyğun gəlir. Təsirin 
son normasının qiymətləri, bir qayda olaraq, mənfi deyildir. Lakin 
cəmiyyətə  zidd  davranışı  istisna  etmək  olmaz  ki,  bunun  da 
nəticəsində  bir  fərdin  rifahının  artması  digər  fərdin  rifahının 
azalmasına səbəb olur. Bu halda təsirin son norması mənfidir. 
Ümumi  rifahın  multiplikasiyası  modelində  təsirlər  mat-
risinin  rolu  V.Leontyevin  xətti  balans  modelindəki  birbaşa  məs-
rəflər  matrisinin  rolu  ilə  eynidir.  Hər  iki  matris  qısa  dövrdə  iq-
tisadi subyektlərin birbaşa qarşılıqlı əlaqələri sistemini təsvir edir, 
birinci modeldə yaradıcı fərd, ikinci modeldə isə eyni bir məhsulu 
istehsal  edən  sahə  subyektdir.  Hər  iki  matrisin  diaqonal  ele-
mentləri vahiddən böyük olmur. 

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin