“Informasiya İqtisadiyyatı”


Ġctimai seçim prosedurları



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə57/76
tarix02.01.2022
ölçüsü0,69 Mb.
#40524
1   ...   53   54   55   56   57   58   59   60   ...   76
document hrclubaz 217

Ġctimai seçim prosedurları 
 
İctimai  seçim  proseduru  verilmiş  alternativlər  çoxluğundan 
yeganə  alternativi  seçməyə  imkan  verən  alqoritmdir.  Bəzi  seçim 
prosedurları  bilavasitə  ictimai  seçim  qaydalarından  çıxarılır,  di-
gərləri onlardan istifadə edir, bir başqaları isə müstəqil xarakterə 
malikdir.  Bütün  prosedurlar  üçün  ümumi  cəhət  ictimai  seçimin 
əsas prinsipi olan «bir nəfər – bir səs» prinsipidir. 
Sadə  çoxluq.  Səslərin  yarıdan  çoxunu  toplayan  alternativ 
seçilir. 
Nisbi  çoxluq.  Digərləri  ilə  müqayisədə  daha  çox  səs 
toplayan alternativ seçilir. Əgər belə alternativlərin sayı iki olarsa, 


 
90 
səsvermə təkrar keçirilir, özü də yol verilə bilən alternativlər kimi 
yalnız  həmin  iki  alternativ  nəzərdən  keçirilir.  Səsvermə  iştirak-
çılarının  sayı  təkrəqəmli  olduqda  və  səsvermədən  imtinaya  yol 
verilmədikdə ictimai qərar birmənalı müəyyən edilmiş olur. 
Bəyənən    səsvermə.  Hər  bir  səsverən  səsverməyə  çıxarılan 
çoxluqların  içərisindən  istədiyi  sayda  alternativi  bəyənə  bilər. 
Daha  çox  sayda  iştirakçının  bəyəndiyi  alternativ  qalib  hesab 
edilir. 
Ardıcıl  bəyənən  səsvermə  bir  neçə  mərhələdə  aparılır.  Hər 
bir  səsverən  özü  üçün  daha  çox  məqbul  olan  yeganə  alternativi 
seçir və ona  «müsbət bal» verir. Ən  az sayda  «müsbət  bal» top-
layan alternativ daha nəzərdən keçirilmir.  
Ardıcıl  bəyənməyən  səsvermə  bir  neçə  mərhələdə  aparılır. 
Hər bir səsverən özü üçün daha az məqbul olan yeganə alternativi 
seçir  və  ona  «mənfi  bal»  verir.  Ən  çox  sayda  «mənfi  bal» 
toplayan alternativ daha nəzərdən keçirilmir.  
Bord  proseduru.  Hər  bir  səsverən  alternativləri  onlara  ver-
diyi üstünlük dərəcəsinə görə sıralayır. Onlardan ən üstün sayılanı 
1-ci dərəcə, sonrakı 2-ci dərəcə və i.a. alır. Ən az dərəcə toplayan 
alternativ qalib hesab edilir. Əgər dərəcələrinin cəmi bərabər olan 
iki  alternativ  varsa,  dərəcələrinin  qiymətləri  daha  az  səpələnmiş 
(dispersiya)  alternativ  daha  üstün  hesab  edilir,  çünki  həmin 
alternativi qiymətləndirərkən səsverənlər daha yekdil olmuşlar.  
Kondorse  proseduru  alternativlərin  cüt-cüt  müqayisəsinə 
əsaslanır. Bu müqayisə, məsələn, sadə çoxluq metodu ilə aparıla 
bilər.  Cüt-cüt  müqayisələrin  (səsvermələrin)  sayı  n(n–1)/2-yə 
bərabərdir,  burada  n  –  alternativlərin  sayıdır.  Əgər  cüt-cüt    mü-
qayisə  nəticəsində  alternativ  daha  çox  üstün  hesab  edilərsə,  ona 
bir bal verilir, əgər daha az  üstün hesab edilərsə, sıfır bal verilir. 
Daha çox sayda bal toplayan alternativ qalib hesab edilir. i alter-
nativi j alternativindən üstün olduqda k
ij
 Kondorse əmsalı vahidə 
bərabərdir, əks halda isə sıfıra bərabərdir. İndeksləri bərabər olan 
Kondorse  əmsalları  sıfıra  bərabərdir.  Kondorse  matrisi  k
ij
  ele-
mentlərindən ibarətdir.  
 


 
91 

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin