89
və bir səslə ölçülür;
bazar subyekti bazar qərarının qəbulu prosesinin iştirakçısı
olduğunun fərqində deyildir və həmin prosedurun mənasını başa
düşmür. Bazar qərarının kəmiyyət parametrləri onun üçün yalnız
iqtisadi fəaliyyətinin səmt göstəriciləridir və məcburi xarakter
daşımır. İctimai seçim subyekti hərəkət üçün əsas tutacağını əzəl-
dən qət etdiyi ictimai qərarın işlənib hazırlanmasına təsir gös-
tərmək məqsədi ilə öz istəklərini bilərəkdən nümayiş etdirir;
bazar qarşılıqlı əlaqəsi həmişə Pareto-yaxşılaşdırmalara
gətirib çıxarır. Əgər əqd tərəflərdən, heç olmasa, birinin maraqla-
rına cavab vermirsə, həmin əqd könüllü surətdə bağlanmayacaq-
dır. İctimai qərar yekdilliklə qəbul edilmədiyi halda azlıqda qa-
lanlar üçün ziyan doğura bilər;
bazar subyektinin marağı var ki, onun istəkləri rəqiblərinin
istəklərindən ən yüksək dərəcədə fərqlənsin. Məsələn, əgər digər
alıcıların hər hansı mala tələbi azdırsa, həmin malın tarazlı
qiyməti kiçik olacaqdır ki, bu da bizim alıcı üçün sərfəlidir. Bu-
nunla belə, ictimai seçim zamanı fərdin marağı var ki, ən çox
sayda insanların istəkləri onun öz istəkləri ilə üst-üstə düşsün.
Həmfikirlərin xüsusi çəkisi nə qədər yüksək olarsa, fərd üçün
lazım olan ictimai qərarın qəbul edilməsi ehtimalı da bir o qədər
böyük olar.
Dostları ilə paylaş: