104
XII MÖVZU: KĠNETĠK SAHĠBKARLIQ
VƏ VĠRTUAL KORPORASĠYA
PLAN:
1.Reinjinirinq
2.Reinjinirinq prinsiplərinin tətbiqi
3.Prosesin inteqrasiyalı idarə olunması
4.kinetik sahibkarlıq;
5. Virtual korporasiya
MƏQSƏD:
Reinjiniringin ne olması onun prinsiplərini açıqlanması,
kinetik sahibkarlıq və virtual korporasiyalar haqqında məlumat
verilməsi
Əsas terminlər
reinjinirinq
prosesi inteqrasiyalı idarə edilməs
kinetik sahibkarlıq;
Virtual korporasiya
Mövzunun izahı
İnformasiya iqtisadiyyatında istehsal prosesi daha öncədən
verilmiş və dəyişməz proses kimi nəzərdən keçirilmir. Əvvəllər
istehsal prosesi qərarların qəbuluna daha çox dərəcədə təsir gös-
tərən mühəndislərin fəaliyyət sahəsi idi. Şirkətlərin nəyi istehsal
etdikləri onların bundan ötrü nə etdiklərindən daha böyük əhə-
miyyət daşıyırdı. Məhsul rəqabət qabiliyyətinin yüksəldilməsi
vasitəsi idi, eyni zamanda, proses belə bir vasitə deyildi. İstehsal
prosesinin xarakterini məhsulun xassələri və keyfiyyəti deyil,
əksinə, məhsulun xassələrini və keyfiyyətini istehsal prosesinin
105
xarakteri müəyyənləşdirirdi.
Reinjinirinq və ya biznes-proseslərin yenidən layihələndiril-
məsi 1990-cı illərin əvvəllərində idarəetmə elminə mühüm töhfə
kimi meydana gəlmişdir. O, şirkətlərə əsas diqqəti funksiyalara
deyil, proseslərə yönəltməklə özlərini kökündən dəyişdirməyi tək-
lif edirdi. Bu, şirkətlərə məhsuldarlığı yüksəltmək imkanı verə bi-
lərdi. Konsepsiyanın kommersiya uğuru onun çoxsaylı şirkətlər
tərəfindən tətbiqinə səbəb olmuşdur. Bu konsepsiyanın yaranma-
sını Massaçusets Texnologiyalar İnstitutunun keçmiş informatika
professoru Maykl Hammerin 1990-cı ildə yazdığı bir məqalə ilə
bağlayırlar. Məqalədə sübut edilirdi ki, əgər şirkətlər rəqabətin
artdığı dünya bazarlarında duruş gətirmək üçün zəruri olan səmə-
rəliyi yüksəltmək istəyirlərsə, istehsal proseslərini avtomatlaşdır-
maqdansa, məhv etməlidirlər. Həmin il Devenport və Şort başqa
bir məqalə dərc etdirdilər. Məqalədə təşkilati dəyişikliklərə oxşar
yanaşma təklif edilirdi. Bu yanaşmanı onlar biznes-proseslərin
yenidən layihələndirilməsi (BPR − Business Process Redesign)
adlandırmışdılar. Müəlliflər reinjinirinq terminindən istifadə et-
məsələr də, onların konsepsiyası Hammerin konsepsiyası ilə ox-
şardır, ona görə də BPR və reinjinirinq terminləri sinonim kimi
işlədilir.
Vurğuların qoyulması və yanaşmaların təfsiri müxtəlifdir,
lakin onlar üç amilin vacib olması haqqında eyni fikirdədirlər.
Bunlar proses təfəkkürü, köklü dəyişiklik və informasiya texnolo-
giyalarının və sistemlərinin imkanlarıdır:
proses təfəkkürü. Fəaliyyətini funksiyaya yönəldən şir-
kətin əksinə olaraq, şirkət öz diqqətini prosesə yönəltməlidir. O,
təchizat şöbəsi, marketinq şöbəsi və ya mühasibat kimi ixtisas-
laşmış şöbələrinə deyil, öz müştərilərinin sifarişlərinin yerinə
yetirilməsi və ya məhsulun işlənib hazırlanması kimi proseslərinə
uyğun olaraq layihələndirilməlidir;
köklü dəyişiklik. Reinjinirinq fundamental dəyişiklik
gətirməlidir. Möhkəm bərqərar olmuş proseslər sarsılmaz olaraq
qalmamalı, əksinə, yenidən ixtira edilməlidir. Reinjinirinq isteh-
salın təşkilinin ənənəvi formalarından tam imtina etməyi nəzərdə
106
tutur. Onun məqsədi tədrici təkmilləşdirmələr yolu ilə əldə edilə
bilməz. Belə ki, daxiliyanma mühərriki at arabasının fasiləsiz
təkmilləşdirilməsi nəticəsində əldə edilə bilməzdi. Reinjinirinq
heç vaxt «aşağıdan yuxarıya» aparılmır. Reinjinirinq aparmağa
cəhd göstərilərkən bir çox uğursuzluqların səbəbi çox məhdud və
həddindən artıq ehtiyatlı yanaşma olmuşdur;
informasiya texnologiyalarının və sistemlərinin imkan-
ları. Reinjinirinqə aid ədəbiyyatda informasiya texnologiyalarına
və sistemlərinə iki müxtəlif rol ayrılır. Birinci halda onları rein-
jinirinq sahəsində fəaliyyətə yardım vasitəsi, bir alət kimi nəzər-
dən keçirirlər. Yeni səmərəli proseslərin yaradılması biznes
məqsədlərinə tabe olan informasiya texnologiyalarına və sistemlə-
rinə nisbətən daha üstün tutulmalıdır. İkinci halda informasiya
texnologiyalarını və sistemlərini reinjinirinqin səbəbi və ya hərə-
kətverici qüvvəsi kimi nəzərdən keçirirlər. Məsələn, interaktiv
videodisklər və ekspert sistemləri firmanın işini sərt çərçivələrə
salan qaydaları dəyişdirir. Bildirilir ki, reinjinirinq təşkilatlarda
informasiya texnologiyalarının və sistemlərinin tətbiq edilməsinin
tamamilə yeni üsuludur.
Reinjinirinq «Əməliyyatı necə yaxşılaşdıraq?» deyil, «Bu
əməliyyatı yerinə yetirmək nə üçün zəruridir?» sualını verir.
«10−90» qaydası empirik olaraq müəyyən edilmişdir. Bu qayda
sübut etməyə çalışır ki, proseslərdə potensial təkmilləşdirmələrin
yalnız 10%-ni əməliyyatlar sahəsində əldə etmək olar, halbuki
belə təkmilləşdirmələrin əsas kütləsi, yəni 90%-i qarşılıqlı əlaqə-
lərdə gizlənmişdir. Ənənəvi menecment qarşılıqlı əlaqələri gör-
mür, yalnız əməliyyatları görür. Ona görə də ənənəvi istehsal pro-
sesləri çoxsaylı əməliyyatlara (əməyin maksimal bölgüsünün və
ixtisaslaşmanın nəticəsi olaraq) bölünmüşdür və onların əla-
qələndirilməsi həddindən artıq sayda qarşılıqlı əlaqələr tələb edir.
Reinjinirinqin başlıca vəzifəsi mühəndis üçün görünməz olan
qarşılıqlı əlaqələrin, prosesin hissələrinin sayını azaltmaqdan iba-
rətdir. Reinjinirinqdən sonra proses nəinki minimal arxitekturaya
(ən az sayda əməliyyatlar və onlar arasında əlaqələr) malik
olmalı, həm də məhsula maksimal dəyər verməlidir.
107
Birincisi, dəyər əlavə etməyən bütün hərəkətlər aradan
qaldırılmalıdır.
İkincisi, ayrılıqda məhsula az dəyər əlavə edən, lakin bir-
likdə daha çox dəyər əlavə edə bilən bütün əməliyyatlar birləş-
dirilməlidir.
Reinjinirinq üç əsas sahədə həyata keçirilən prosesin rein-
teqrasiyasıdır.
1) vəzifənin reinteqrasiyası daha kiçik prosesləri əhatə edən
yarımvəzifələri və onlarla bağlı fəaliyyəti inteqrasiya olunmuş
daha iri bloklar və komplekslər şəklində birləşdirir, hissələrin,
komponentlərin, seqmentlərin sayını azaldır və onlardan məh-
sullar və proseslər təşkil edir;
2) işçi qüvvəsinin reinteqrasiyası prosesin daha kiçik deyil,
daha böyük hissələrini yerinə yetirməyə və əlaqələndirməyə
imkan verir. Çoxfunksionallığı, işçilərin rotasiyasını, əksixtisas-
laşmanı və proses üzərində mülkiyyət hüququnu dəstəkləyir. İş-
çilərə müstəqil komandaların tərkibində işləmək və ayrı-ayrı
əməliyyatları deyil, inteqrasiya olunmuş prosesləri əlaqələndir-
mək imkanı verir;
3) biliklərin reinteqrasiyası: işçilər prosesin getdikcə daha
çox hissəsinə bələd olmalıdırlar (yəni bu hissələri uğurla əla-
qələndirə bilməlidirlər). Bilik öz hərəkətlərini məqsədyönlü şə-
kildə əlaqələndirmək qabiliyyətidir. Əgər insan ixtisaslaşmışdırsa,
başqalarından ayrılmışsa, o, öz hərəkətlərini əlaqələndirə bilmir,
sadəcə, ayrı-ayrı sadə əmrləri yerinə yetirir.
Reinjinirinq prinsiplərinin tətbiqi aşağıdakı təşkilati
dəyişikliklərə gətirib çıxarmalıdır:
işçi vahidləri − funksional bölmələrdən proses ko-
mandalarına;
işlər − sadədən çoxplanlıya;
işçilərin rolu − nəzarət altında icradan müstəqil qərarların
qəbuluna;
işə hazırlıq − məşqlərdən təhsilə;
işin səmərəliyinin və əməyin ödənilməsinin qiymətlən-
dirilməsi − fəaliyyətin qiymətləndirilməsindən nəticənin qiymət-
108
ləndirilməsinə;
menecerlərin rolları − nəzarət edəndən öyrədənə;
təşkilati struktur − iyerarxikdən üfüqiyə;
inzibati işçilərin funksiyaları − katiblikdən liderliyə.
Dostları ilə paylaş: |