“Informasiya İqtisadiyyatı”


Prosesin inteqrasiyalı idarə olunması



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə67/76
tarix02.01.2022
ölçüsü0,69 Mb.
#40524
1   ...   63   64   65   66   67   68   69   70   ...   76
document hrclubaz 217

Prosesin inteqrasiyalı idarə olunması 
 
Prosesin inteqrasiyalı idarə olunması idarəetmənin sistemli 
metodudur.  Onun  əsas  xüsusiyyəti  istehlakçıların  və  istehsalçı-
ların  vahid  prosesdə  birləşdirilməsidir.  Alıcının  əlində  məhsul 
istehsal dövriyyəsinin bir hissəsi kimi nəzərdən keçirilir ki, bu da 
alıcının  istehsal  prosesinə  inteqrasiyasını  nəzərdə  tutur.  İnteqra-
siyalı alıcı firmanın strategiyasının, taktikasının, əməliyyatlarının 
mənbəyinə  və  başlıca  məqsədinə  çevrilir.  Alıcının  biliklərinin 
müəssisəyə  inteqrasiyası,  istehsalın  başlanmasına  özü  təşəbbüs 
göstərməsi,  ona  istehsalı  özü  planlaşdırmaq  və  əlaqələndirmək 
imkanının  verilməsi  prosesin  inteqrasiyalı  idarə  olunmasının  ən 
mühüm  tərkib  hissələridir.  Alıcı  ilə  bu  cür  inteqrasiya  edilmiş 
prosesin keyfiyyətinin yüksəldilməsi elə bir alətə çevrilir ki, onun 
köməyi  ilə  alıcının  tələbatı  ödənilir  və  istehsalın  hərəkətverici 
qüvvəsi kimi onun rolu dəstəklənir və gücləndirilir. Eyni zaman-
da, həm də istehsalçı olan inteqrasiyalı alıcı prosyumer (ingiliscə 
−prosumer)  adlandırılmışdır.  Bu  termin  produser  (istehsalçı) 
sözünün  ilk  hərflərindən  və  consumer  (istehlakçı)  sözünün  son 
hərflərindən əmələ gəlmişdir.  
 

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin