109
mütləqləşdirmək olmaz.
Kinetik sahibkarlıq kinetik infrastrukturun aşağıdakı ele-
mentlərinə əsaslanır:
eyni vaxtda işləmək üçün imkanlar yaradılması. Ardıcıl
qaydalar əvəzinə ümumi fəaliyyət planı işçilərə rolları hərəkətə
gətirərək, ardıcıllığı dəyişərək, tapşırıqları yenidən bölüşdürərək,
problemə eyni vaxtda müraciət etmək imkanı verir. Prosessual
məsələlərin xətti ardıcıllığı səmərəsizdir. İnformasiya texnolo-
giyalarının və sistemlərinin köməyi zamandan və məsafədən kə-
narda virtual iş məkanının yaradılması zamanı həlledici rol
oynayır;
spontan əməkdaşlıq və təlim üçün şəbəkələr.
Bütün işçilər üçün əlçatan olan bu şəbəkə onlara «kiminlə,
nə zaman və harada olursa-olsun» əlaqə yaratmağa kömək gös-
tərir;
minimal zaman məsrəfləri ilə əqdlər üçün informasiya
texnologiyaları. Bütün işçilər istədikləri vaxtda, yerdə və şəkildə
dəqiq və ən son informasiya almalıdırlar. Müştərilərlə əqdlər fa-
siləsiz və ani olaraq «dəstlər şəklində» deyil, bir dəfəyə bağlanır.
İnformasiya sistemlərinin heç bir mərkəzi idarəetmə şöbəsinə
ehtiyac yoxdur;
ayrı-ayrı alıcılara xidmətin texnoloji prosesi sifariş üzrə
kütləvi istehsalı, yəni əvvəlcədən müəyyənləşdirilmiş, əlverişli
modullardan və parametrlərdən fərdi ölçülərə görə düzəldilmiş
malların buraxılışını idarə edir. Alıcı hadisələrinə reaksiya ver-
mək müəssisənin bütün zəruri proseslərini işə salmaq deməkdir;
satış, marketinq, yeni məhsulun işlənib hazırlanması
− bunların
hamısı bir alıcı üçün edilir;
uyğunlaşma vasitələri. Kinetik sahibkarlıqda vasitələr ən
axırda düzəldilə bilməz. Sonsuz sayda hadisələrə reaksiya vermək
üçün onlar maksimum çevik, genələbilən və şəklən dəyişə bilən
olmalıdır. Əsas məsələ, sadəcə, çeviklik deyil, uyğunlaşmaq
qabiliyyətidir.
Dostları ilə paylaş: