Mövzuya aid suallar 1. Reinjinirinq anlayışını izah edin. Nə üçün reinjinirinq
informasiya iqtisadiyyatında aktual olmuşdur?
2. «10−90» qaydasının məğzi nədən ibarətdir?
3. İnjinirinq əmək sahəsində hansı dəyişiklikləri nəzərdə
tutur? Niyə bu dəyişikliklər A.Smitin klassik nəzəriyyəsinə
ziddir?
4. Prosyumer anlayışının mənasını izah edin. Bu termin
necə əmələ gəlmişdir?
5. Nə üçün ənənəvi iqtisadiyyatda alıcı istehsalçıdan
ayrıdır?
6. Prosesin idarə olunmasının inteqrasiyalı sxemi ilə ənənəvi
111
sxemi arasında prinsipial fərq nədən ibarətdir?
7. Avtoistehsal terminini nə cür başa düşürsünüz?
8. Prosesin idarə olunmasının inteqrasiyalı sxemində alı-
cının rolu nədən ibarətdir?
9. Nə üçün kinetik sahibkarlıq konsepsiyasında keçmiş
meyillərin ekstrapolyasiyası metodlarından istifadə olunmur?
10. Kinetik sahibkarlıq konsepsiyasında informasiya
texnologiyalarının rolu nədən ibarətdir?
11. Dəyər zəncirinin ayrı-ayrı həlqələrinin virtuallaşmasına
aid misallar göstərin.
12. Alıcıların virtual birliyi firmanın məsrəflərinin azal-
masına necə kömək göstərir?
13. Firmanın qeyri-maddi kapitalının tərkib hissələrini
sadalayın və təsvir edin.
14. Hansı korporasiyalar bilik korporasiyalarına çevrilə
bilər?
15. Komandanın rolu nədən ibarətdir? Komandaların
növlərini sadalayın və təsvir edin.