122
XIV MÖVZU: ĠNFORMASĠYA
ĠQTĠSADĠYYATININ STATĠSTĠKASI
PLAN:
1. Meyarlar
2. Ġnformasiya istehlakının statistikası
3. Ġnformasiya sektorunun maliyyələĢdirilməsi
statistikası
Əsas terminlər
informasiya-kommunikasiya texnologiyaları;
dinamik meyar;
ölkələrarası meyar;
iqtisadi meyar;
texniki meyar;
şəbəkə meyarı;
proqram meyarı;
MƏQSƏD:
Mövzunun izahı
İnformasiya-kommunikasiya texnologiyaları (İKT) – məlu-
matların, mətnlərin, obrazların və səslərin toplanması, saxlanması,
işlənməsi, axtarılması, ötürülməsi və təqdim edilməsi üçün mik-
roelektronika vasitələrindən istifadə edən istehsal texnologiyala-
rıdır. İnformasiya-kommunikasiya texnologiyaları iqtisadi, tex-
niki, şəbəkə və proqram göstəriciləri ilə xarakterizə olunur. İKT-
nin inkişaf dərəcəsinin qiymətləndirilməsi üçün dinamik və
ölkələrarası meyarlardan istifadə olunur.
Dinamik meyarlar İKT göstəricilərinin zaman daxilində
dəyişməsini nəzərdən keçirir, ölkələrarası meyarlar isə bu göstə-
ricilərin həmin ölkədəki qiymətlərini onların başqa ölkələrdəki
qiymətləri ilə müqayisə edir. Göstəricilərin eyni qrupuna aid
123
edilən dinamik və ölkələrarası meyarlar həmin qrupun adını
daşıyan bir meyarı əmələ gətirir. Məsələn, «iqtisadi meyar»
anlayışı müvafiq dinamik və ölkələrarası meyarları əhatə edir.
İnformasiya-kommunikasiya texnologiyalarının inkişaf meyarla-
rını nəzərdən keçirək.
İqtisadi meyar. Məsrəflərin ümumi həcmində təşkilatların
informasiya-kommunikasiya texnologiyalarına çəkdikləri məsrəf-
lərin xüsusi çəkisi nəzərdən keçirilir.
Texniki meyar. Təşkilatların İKT-nin texniki vasitələri ilə
təchizatını xarakterizə edən iki göstərici nəzərdən keçirilir:
işləyənlərin hər 100 nəfərinə düşən fərdi kompüterlərin
sayı
təşkilatların ümumi sayında fərdi kompüterlərdən istifadə
edən təşkilatların xüsusi çəkisi. Qabaqcıl ölkələrdə həmin gös-
tərici − Böyük Britaniyada 1,2 dəfə, Almaniyada 1,3 dəfə,
İsveçdə 1,3 dəfə.
Şəbəkə meyarı. Təşkilatlar tərəfindən İnternet şəbəkəsin-
dən istifadə dərəcəsini xarakterizə edən 3 göstərici nəzərdən ke-
çirilir:
işləyənlərin hər 100 nəfərinə düşən, İnternet şəbəkəsinə
çıxışı olan fərdi kompüterlərin sayı. Bütövlükdə iqtisadiyyat üzrə
orta hesabla hər 100 nəfər işləyənə İnternet şəbəkəsinə qoşulmuş
4 fərdi kompüter düşürdü;
təşkilatların ümumi sayında İnternetdən istifadə edən
təşkilatların xüsusi çəkisi.
Qabaqcıl ölkələrdə həmin göstərici − Böyük Britaniyada 2,2
dəfə, Almaniyada 2,8 dəfə, İsveçdə 3,1 dəfə;
təşkilatların ümumi sayında web-saytı olan təşkilatların
xüsusi çəkisi. Qabaqcıl ölkələrdə həmin göstərici daha böyük idi
− Böyük Britaniyada 5,5 dəfə, Almaniyada 7,4 dəfə, İsveçdə 7,4
dəfə.
İnformasiya istehlakı dedikdə insanın ali fəaliyyətinə bila-
vasitə kömək göstərən malların və xidmətlərin istehlakı başa dü-
şülür. İnformasiya istehlakı predmetinə misal kimi telefon apa-
ratını – şəxslərarası ünsiyyət vasitəsini göstərmək olar. Soyuducu
124
və ya paltaryuyan maşın kimi uzunmüddətli istifadə predmetləri
vaxt itkisini azaltmaqla, insanın ali fəaliyyətinə yalnız dolayı
kömək göstərir. Özlüyündə onlar qənaət edilmiş vaxtın ali fəa-
liyyətlə doldurulmasına xidmət etmədiyindən informasiya is-
tehlakı predmetlərinə aid edilmir.
İnformasiya istehlakı iqtisadi, predmet və zaman göstə-
riciləri ilə xarakterizə olunur. Bu zaman dinamik və ölkələrarası
meyarlardan istifadə edilir: dinamik meyarlar informasiya isteh-
lakı göstəricilərinin zaman daxilində dəyişməsini nəzərdən
keçirir, ölkələrarası meyarlar isə bu göstəricilərin həmin ölkədəki
qiymətlərini başqa ölkələrdəki qiymətləri ilə müqayisə edir.
İnformasiya istehlakının hər üç meyarı ev təsərrüfatlarının
seçmə müayinələri nəticəsində alınan göstəricilərdən istifadə edir.
edir. Bu seçmə federal və regional səviyyələrdə müayinələrin
reprezentativ (ingiliscə represent – təqdim etmək) məlumatlarının
əldə olunmasını təmin edir. Ev təsərrüfatı eyni yaşayış yerində və
ya onun bir hissəsində yaşayan, qohumluq münasibətləri ilə istər
bağlı olan, istərsə də bağlı olmayan, özlərini yaşayış üçün zəruri
olan hər şeylə birlikdə təmin edən, yəni öz vəsaitlərini tamamilə
və ya qismən birləşdirən və xərcləyən şəxslərin məcmusundan
ibarətdir. Ev təsərrüfatı ayrıca yaşayan bir nəfərdən də ibarət ola
bilər. İnformasiya istehlakının meyarlarını nəzərdən keçirək.
İqtisadi meyar. Ehtimal olunur ki, informasiya istehlakının
səviyyəsi ev təsərrüfatlarının informasiya xidmətlərinə çəkdikləri
xərclərin mütləq və ya nisbi miqdarı ilə müəyyənləşir. Əhalinin
istehlak xərclərinin səviyyəsini və strukturunu xarakterizə edən
statistik informasiyanın toplanması və işlənməsi Ev təsərrü-
fatlarının fərdi istehlakının məqsədlər üzrə təsnifatından (ET–
FİMT) istifadə etməklə həyata keçirilir. Təsnifat milli hesablar
sisteminin (MHS) funksional təsnifatlarından biri sayılan və ev tə-
sərrüfatlarının şəxsi istehlak üçün məsrəflərinin standart qrup-
laşdırılması vasitəsi olan Fərdi istehlakın məqsədlər üzrə bey-
nəlxalq statistik təsnifatı – Classification Of İndividual Consum-
ption By Purpose əsasında Rosstat tərəfindən işlənib hazır-
lanmışdır.
125
İnformasiya istehlakına ET–FİMT-in bu bölmələrini aid
edirlər: rabitəyə, istirahətin təşkilinə, mədəni tədbirlərə və təhsilə
çəkilən xərclər. Xərclərin ümumi həcmində həmin xərclərin
xüsusi çəkisi son illərdə durmadan artmışdır: bu, 2001-ci ildə
7,3%, 2002-ci ildə 8,1%, 2003-cü ildə 9,7% təşkil etmişdir.
Predmet meyarı. Ehtimal olunur ki, informasiya istehlakının
səviyyəsi əhalinin informasiya istehlakı predmetləri ilə təchi-
zatı göstəriciləri ilə müəyyənləşir
Vaxt meyarı. Ehtimal olunur ki, informasiya istehlakının sə-
viyyəsi insanın qeyri-iş vaxtında ali fəaliyyətinin orta müddəti ilə
müəyyənləşir. Bu göstəricini asudə vaxt kimi xarakterizə edir,
onun kəmiyyət qiymətlərini əhalinin vaxt büdcələrinin tədqiqi
nəticəsində əldə edirlər. Vaxt büdcəsi haqqında məlumatların əsas
mənbəyi dövlət statistika orqanlarının və müstəqil sosioloqların
apardıqları seçmə müayinələrdir. Rusiyada belə müayinələr ilk
dəfə 1920-ci illərdə S.Q.Strumilinin rəhbərliyi ilə həyata
keçirilmişdir.
Asudə vaxta aşağıdakılar aid edilir:
mədəni tədbirlərə – tamaşalara, konsertlərə, sərgilərə
getmə;
çap məhsullarının – bədii və bilgi ədəbiyyatının, jur-
nalların, qəzetlərin istehlakı;
audio və video məhsulların istehlakı − televiziya verilişlə-
rinə baxma, musiqi dinləmə;
İnternet şəbəkəsində yerləşdirilmiş informasiya məhsul-
larının istehlakı;
yaradıcılıq elementləri olan oyun fəaliyyəti − idman
oyunları, kompüter oyunları;
fəal bilgi fəaliyyəti − turizm, səyahətlər, gəzintilər;
yaradıcı ünsiyyət − görüşlər, başçəkmələr, uşaqların
tərbiyələndirilməsi;
təşəbbüskar yaradıcılıq fəaliyyəti − rəssamın, musiqiçinin,
alimin yaradıcılığı;
maraqlar, kolleksiya toplama;
126
könüllü fəaliyyət − ictimai təşkilatlarda iştirak, siyasi
fəaliyyət.
Dostları ilə paylaş: |