“Informasiya İqtisadiyyatı”



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə74/76
tarix02.01.2022
ölçüsü0,69 Mb.
#40524
1   ...   68   69   70   71   72   73   74   75   76
document hrclubaz 217

 
Ġnformasiya sektorunun  
maliyyələĢdirilməsi statistikası 
 
İnformasiya sektoru dedikdə sosial-mədəni sahələr  təhsil, 
səhiyyə, mədəniyyət və incəsənət, elm başa düşülür. «Rabitə» sa-
həsi  informasiya  sektoruna  aid  edilmir,  çünki  bu  sahədə  in-
formasiya  məhsulları  yaradılmır,  informasiya  siqnallarının  başqa 
şəklə  salınması  və  ötürülməsi  həyata  keçirilir.  İnformasiya  sek-
torunda  yaradılan  nemətlər  arasında  ictimai  nemətlər  üstünlük 
təşkil  etdiyindən,  bu  sektorun  maliyyələşdirilməsinin  əsas  mən-
bəyi dövlət büdcəsidir. Bu zaman informasiya sektorunun dövlət 
tərəfindən maliyyələşdirilməsi göstəriciləri informasiya iqtisadiy-
yatının  yetkinlik  səviyyəsinin  mühüm  indikatorlarıdır.  İnfor-
masiya  sektorunun  maliyyələşdirilməsinin  üç  əsas  göstəricisini 
ayırd edirlər  həmin sektorun işçilərinin əməyinin ödənilməsinə 
çəkilən  xərclər,  dövlət  xərclərinin  ümumi  həcmində  informasiya 
sektorunun  maliyyələşdirilməsinə  çəkilən  dövlət  xərclərinin 
xüsusi  çəkisi  və  ümumi  daxili  məhsulda  onun  maliyyələşdiril-
məsinə çəkilən  xərclərin xüsusi çəkisi. 
Sosial-mədəni  sahələrin  işçilərinin  əməyinin  ödənilməsinə 
çəkilən  xərclər iki göstərici ilə xarakterizə olunur:  
 
iqtisadiyyatda  işləyənlərin  ümumi  sayında  sosial-mədəni 
sahədə işləyənlərin xüsusi çəkisi.; 
 sosial-mədəni  sahədə  hesablanmış  əmək  haqqının  iqtisa-
diyyatdakı orta əmək haqqına nisbəti. 
Əmək haqqına çəkilən xərclərin ümumi həcmində informa-
siya  sektoru  işçilərinin  əmək  haqqına  çəkilən  xərclərin  xüsusi 
çəkisini  yuxarıda  nəzərdən  keçirilən  göstəricilərdən  istifadə 
etməklə  qiymətləndirirlər.  İnformasiya  sektorunun  işçiləri  bütün 
işləyənlərin  20%-dən  çox  olmadığından,  onların  əmək  haqqı  isə 
orta  əmək  haqqının  75%-ni  keçmədiyindən,  informasiya  sektoru 
işçilərinin əmək haqqına çəkilən xərclərin xüsusi çəkisi 75% x 0,2 


 
127 
= 15%-i keçmir.  
Dövlət xərclərinin ümumi həcmində informasiya sektorunun 
maliyyələşdirilməsinə  çəkilən  dövlət  xərclərinin  xüsusi  çəkisini 
təqribi olaraq təhsilə və səhiyyəyə – iki ən iri və əhəmiyyətli so-
sial-mədəni  sahəyə  çəkilən  xərclərin  xüsusi  çəkisi  ilə  qiymət-
ləndirirlər . 
Ümumi  daxili  məhsulda  informasiya  sektorunun  maliy-
yələşdirilməsi  xərclərinin  xüsusi  çəkisi  dövlətin,  biznesin,  qeyri-
kommersiya  sektorunun  və  ev  təsərrüfatlarının  xərcləri  nəzərə 
alınmaqla,  bu  sektorun  ümumi  maliyyələşdirilməsi  səviyyəsini 
xarakterizə edir. Bu  göstəricini ümumi  daxili məhsulda təhsil və 
səhiyyə  xərclərinin  xüsusi  çəkisi  kimi  təqribi  qiymətləndirmək 
olar. 

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin