İnformatikanin əsaslari


İnformasiya emalının instrumental vasitələrinin inkişafı



Yüklə 1,28 Mb.
səhifə21/156
tarix16.12.2023
ölçüsü1,28 Mb.
#182397
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   156
nformatikanin saslari

3.2 İnformasiya emalının instrumental vasitələrinin inkişafı




Mübaliğəsiz demək olar ki, XIX əsrin son qərinəsi ilə XX əsrin sonu arasındakı müddər çoxsaylı irili-xırdalı inqilabların ―beşiyi‖ olmuşdur. Belə ki, XIX əsrin sonu, XX əsrin əvvəlində sənaye inqilabı baş vermiş, Birinci Dünya müharibəsi sosial inqilablar dalğası yaratmış, Dünya təlatümə gəlmişdir. İkinci Dünya müharibəsi və sonrakı illər iqtisadiyyatın inkişafı, nüvə və mikromolekulyar fizika, bərk cisim elektronikası sahələrində aparılan tədqiqatlar, ilk hesablayıcı sənaye qurğularının yaradılması sənaye inqilabı yaratdı ki, bu da XX əsrin son rübündə informasiya texnologiyalarının güclü inkişafı üçün münbit zəmin yaratdı. Yəni, 1900-1920-ci illərdə sənaye inqilabı, 1920- 1940-cı illərdə sosial inqilablar, 1940-1975-ci illərdə sənaye qurumları inqilabı, 1975- 2000-ci illərdə informasiya inqilabı baş vermişdir.
Ötən əsrin sonunu bürüyən keyfiyyət dəyişiklikləri çoxəsrlik tarixə malik idi. Hesablayıcı texnika müasir inkişaf səviyyəsinə birdən-birə çatmamışdır. Bu günədək
4 nəsil və bunadək uzun tarixi müddət keçmişdir.


50 МЭСМ -«малая электронно-счетная машина»
51 БЭСМ-6 - «большая электронно-счетная машина, 6-я модель»

      1. EHM qədərki tarixi dövr. Ən qədim hesab aləti təbiətin insana bəxş etdiyi əl barmaqlarıdır. Ədəd və fiqur anlayışları gerçək dünyadan götürülmüşdür. 10 barmaqla saymaq ilk hesab əməli olmuşdur. Əlbəttə, bunu yaradıcılığın məhsulu hesab etmək düzgün olmazdı. Bir-çox dillərdəki say adları göstərir ki, ibtidai insanın saymaq aləti əsasən onun əl barmaqları olmuşdur. Təsadfi deyil ki, qədim ruslar təklik rəqəmi ―перст‖ (barmaq), onluq ədədi ―состав‖ (tərkib), bütün qalan sayları ―сочинение‖ (qurama) adlandırmışlar. Bir-çox xalqlar əl mənasını ―beş‖ sözünə yükləmişlər. Məsələn, malaylar

―lima‖dedikdə, həm əl, həm də ―beş‖ nəzərdə tuturlar. Barmaqlar əsasında 5-lik,10-luq və 20-lik say sistemləri yaradılmışdır. Bir sıra xalqlar hələ də barmaq hesabı saylardan istifadə edirlər. Barmaq hesabı Romada da geniş yayılmışdı.
Barmaq hesabı ilə yanaşı, ən qədim dövrlərdən ilk hesablama alətləri də yaranmağa başlamışdı. Buna misal, naxışlı (oymalı) çubuqlar52 və düyünlü qaytanlar (iplər) göstərilə bilər. Lakin bu üsullar və vasitələr ticarətin inkişafı ilə bağlı hesablamalara artan tələbatı ödəmək iqtidarında deyildi. Yazılı hesablamanın inkişafına 2 cəhət mane olurdu. Əvvəla, yazı üçün işlədilən gil və mum lövhələr bu işə yaramırdı. İkincisi də, o dövrdə istifadə edilən say sistemləri ilə hesab əməlləri aparmaq çətin idi. Odur ki, ―abak‖ deyilən ilk hesab aləti yaradıldı. Bu, bizim eradan əvvəl 500-cü ilə təsadüf edirdi. Abak müasir çötkənin ulu əcdadı hesab olunur. Bu barədə yuxarıda ətraflı məlumat verilmişdir.

      1. Yüklə 1,28 Mb.

        Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin