Йусиф Вязир Чямянзяминли (Мягаляляр вя фелйатонлар)



Yüklə 1,48 Mb.
səhifə43/75
tarix02.01.2022
ölçüsü1,48 Mb.
#1660
1   ...   39   40   41   42   43   44   45   46   ...   75

TƏKRAR-TƏKRAR

Tarixi aprel qərarının üçüncü il dönümü... yazıçıya verilən bö­yük hüquq, geniş yaradıcılıq imkanı. Hüquq vəzifə ilə qar­şı­lanar. Yeni həyatda, yeni quruluşda üzərimizdə məsul vəzifə olduğunu bir an, bir dəqiqə unutmayırıq. Bu ildönümlərini tək­rar-təkrar bayram edəcəyik və əsrimizə layiq əsərlər yarat­maqla vəzifəmizi təkrar-təkrar yerinə yetirəcəyik. İşin əməli cə­hətinə gəldikdə, deməliyəm ki, ədəbi konkursa bir əsər ver­dim. Bir ildən bəri yazacağım "Tərtər" adlı roman haqqında material toplayır və texniki məlumatımı artırıram. Payızda Tər­tərə gəlib, işlərlə bilavasitə tanış olub, romanı yazmağa baş­la­yacağam. İki-üç ildən bəri teatro texnikasını öyrənir və klassik dramaturqların əsərlərini oxuyuram. Şura gənclərinin həyatını göstərən bir pyes üçün liberetto hazırlamışam. Bir il sonra teat­romuza verə biləcəm, zənnindəyəm.


Yusif Vəzir


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin