KORRUPSİYA İLƏ ƏLAQƏDAR HÜQUQPOZMALARIN NƏTİCƏLƏRİNİN ARADAN QALDIRILMASI M a d d ə 1 2 . Qanunsuz əldə edilmiş əmlakın götürülməsi və qanunsuz əldə edilmiş imtiyaz və ya güzəştlərin dəyərinin ödənilməsi 12.1.Vəzifəli şəxslər tərəfindən qanunsuz əldə edilmiş əmlak və qanunsuz əldə
edilmiş imtiyazlar və ya güzəştlərin dəyəri könüllü olaraq dövlət nəfinə ödənilir. Vəzifəli
şəxslər qanunsuz əldə edilmiş əmlakı könüllü olaraq qaytarmaqdan və ya onun dəyərini,
habelə qanunsuz əldə edilmiş imtiyaz və ya güzəştlərin dəyərini könüllü olaraq
ödəməkdən imtina etdikdə, qanunsuz əldə edilmiş əmlak və ya onun dəyəri, qanunsuz
əldə edilmiş güzəşt və ya imtiyazların dəyəri müvafiq dövlət orqanlarının, yerli özünüidarəetmə orqanlarının və ya qurumların iddiası əsasında məhkəmə tərəfindən
dövlətin nəfinə ödənilir.
12.2.İşə məhkəmədə baxılana qədər iddianın təmin edilməsi üçün məhkəmə
tərəfindən cavabdehin əmlakı barədə mülki prosessual qanunvericiliklə müəyyən
edilmiş qaydada tədbirlər görülə bilər.
M a d d ə 1 3 . Korrupsiya ilə əlaqədar hüquqpozmalar nəticəsində qəbul olunmuş aktların ləğv edilməsi Korrupsiya ilə əlaqədar hüquqpozmalar nəticəsində qəbul olunmuş aktlar müvafiq
dövlət orqanları, yerli özünüidarəetmə orqanları və ya qurumlar tərəfindən və yaxud müvafiq
dövlət orqanlarının və ya digər şəxslərin müraciəti əsasında məhkəmə tərəfindən ləğv
edilir.
M a d d ə 1 4 . Qanunun qüvvəyə minməsi Bu Qanun 2005-ci il yanvar ayının 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 13 yanvar 2004-cü il
№ 580-IIQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 1. 1 aprel 2005-ci il tarixli 875-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan