Yuyub ayırma süzgəcləri. Fasiləli iĢləyən süzgəclər olub,
istifadə olunan süzücü təbəqəyə görə parça və bərk arakəsməli
olurlar. Birinciyə misal olaraq, ilkin Ģərabçılıqda olduqca geniĢ
yayılmıĢ SMF-600 ikinci qrupa isə FPO-6 markalı süzgəci göstərə
bilərik. SMF-600 süzgəci slindrĢəkilli rezervuardan və onun
daxilində quraĢdırılmıĢ süzücü elementlərdən (arakəsməli tor ilə
parçadan qayrılmıĢ çexoldan) ibarətdir.
Bu süzgəclərdə süzücü kütlə rolunu 42 ədəd arakəsməli tor ilə
parçadan qayrılmıĢ çexol oynayır. ġərab həmin çexollardan
keçirilərək süzülür. Süzülmə prosesində çexollar çirkləndiyindən
Ģərabın keçməsi çətinləĢir, rezervuarda təzyiq yüksəlir və ayrılan
süzüntünün miqdarı azalır. Təzyiq 0,18 MPa çatdıqda süzülmə
dövrünün baĢa çatdığı məlum olur. Növbəti mərhələdə çexollar
yuyulur və kompressordan istifadə etməklə qurudulur.
Bərk arakəsməli yuyub ayırma süzgəclərində (FPO-6), əvvəl-
kindən fərqli olaraq Ģərab bərk arakəsmələrdən, daha doğrusu,
diatomit təbəqəsindən süzülür. Süzgəc rezervuardan, onun daxilin-
də yerləĢdirilmiĢ süzücü elementlərdən, diatomit suspenziyası ha-
zırlayan qarıĢdırıcı rezervuardan, Ģərabı və suspenziyanı vuran
nasosdan ibarətdir. Qurğuda baxıĢ aynası da mövcuddur.
Süzücü elementlər iri metal ələklərdən təĢkil olunmuĢ lövhələr
kimi özünü göstərir. Ġri ələk hər iki tərəfdən xırda metal ələklərlə
kipləĢdirilmiĢdir. Məhz diatomit həmin xırda ələklərin üzərinə
yaxılır.
Süzməyə baĢlamazdan əvvəl süzgəc hazırlanmalıdır. Bu məq-
sədlə lövhələrin üzərinə süzgəc materialı yaxılır. Bu süzgəclərdə
YAK-1, YAK-2 və YAK-3 markalı süzücü liflərdən istifadə
olunur. Onlarda azbest, yaxud diatomitin miqdarı uyğun olaraq 70,
40 və 30% təĢkil edir.
Ümumiyyətlə, istər parça, istərsə də bərk arakəsməli yuyub
ayırma süzgəclərinin iĢ prinsipi eynidir.
Dostları ilə paylaş: |