10.1. Fiziki
işləmə
üsulları
10.1.1.
Şərabın
süzülməsi
10.1.1.1. Süzücü materiallar
ġirə və Ģərab istehsalının elə mərhələsi olur ki, onların
süzgəcdən keçirilməsi xüsusi aktuallıq kəsb edir. Məsələn, məhlulu
kobud hissəciklərdən təmizləmək üçün; termiki iĢlənmədən sonra;
hazır məhsulu qablara doldurduqda və digər hallarda. Süzülmə
zamanı gözcüyünün böyüklüyü müxtəlif olan süzgəc material-
larından istifadə olunur. Bu zaman bərk hissəciklər iki yolla –
süzgəcdə çökmə və məsamələrdə adsorbsiya olunmaqla maye
hissədən ayrılır. Birinci halda süzücü təbəqədəki məsamələrdən
böyük olan hissəciklər keçə bilməyib təbəqə üzərinə çökür və
müxtəlif qarıĢıqlardan ibarət (Ģərab daĢı kristalları, mikroorqa-
nizmlər, zülal maddələri, qabıq və lət hissəcikləri və s.) çöküntü
əmələ gətirirlər.
Ġkinci halda isə məsamələrin diametrindən kiçik olan hissəciklər
süzüntüyə keçir və yaxud məsamələrin divarlarında sorbsiya
olunaraq saxlanır. Bu vəziyyətdə təbəqə üzərində demək olar ki,
çöküntü əmələ gəlmir.
ġərabçılıqda süzücü materialın düzgün seçilməsi olduqca
vacibdir. Ġstifadə olunan süzücü material aĢağıdakı tələblərə cavab
verməlidir. 1.ġəraba kimyəvi cəhətdən neytral olub, onda həll ol-
mamalıdır; 2.Bulanlıq əmələ gətirən hissəcikləri və mikroorqa-
nizmləri yüksək səviyyədə sorbsiya etməlidir; 3.Təzyiq yüksəl-
dikdə belə, yumĢaq mikroməsaməli quruluĢu saxlamalıdır; 4.Me-
xaniki möhkəm olmalıdır və s.
Süzücü material kimi pambıq və sintetik parçadan (kapron),
azbest, sellüloza, diatomit və süzücü kardonun xüsusi markaların-
~ 211 ~
dan istifadə olunur.
Sellüloza. Ġstənilən bitki hüceyrəsində qılafın əsasını təĢkil edir.
Süzücü təbəqə hazırlamaq üçün onun təmizlənmiĢ ağ rəngli
kütləsindən istifadə olunur. Onu oduncaqdan xırdalama və liqnini
həll etmək üçün kimyəvi parçalama yolu ilə xüsusi iĢləməklə
alırlar.
Sellüloza lifləri, süzücü kağız və kardon lövhəciklərin əsasını
təĢkil edir. Bu məqsədlə onun tam təmiz formasından istifadə
olunur. Yalnız tərkibində az miqdarda (50 mq/kq) bəzi kationlar –
kalsium, maqnezium və dəmir olur. Sellüloza neytral olmasına
baxmayaraq, bir çox preparatlar üçün onun yuyulması tələb olunur.
Bu ilk növbədə Ģəraba verilən «kağız» təminin yaranmasının
qarĢısını almıĢ olur.
Sellüloza həll olmamaq, ĢiĢmək və adsorbsiya etmək xassəsinə
malikdir. Belə ki, o, suyu adsorbsiya edərək ĢiĢir və nəticədə
süzülməni təmin edən məsamələrin həcmi azalmıĢ olur. Ona görə
də mineralsızlaĢdırılmıĢ suda ĢiĢən süzgəc lövhələri məhsuldarlığı
tədricən azaldır. Məlum olmuĢdur ki, məhlulda kationların yüksək
miqdarı ĢiĢməni azaldır. Buradan belə nəticəyə gəlmək olar ki,
suya nisbətən Ģərabda sellüloza təbəqəsinin ĢiĢməsi çox zəif olur.
Dostları ilə paylaş: |