~ 212 ~
üçün isə YAK-3 markalı süzgəc materialı istifadə olunur.
Süzücü kardon – Ģərabçılıqda geniĢ istifadə olunur. 400x800
və 510x620 mm ölçülü nazik təbəqə, həmçinin xarici diametri
605±2 mm və daxili 69±0,5 mm ölçülü dairə formasında hazırlanır.
Süzücü kardonun tərkibinə müxtəlif üsullarla iĢlənmiĢ sellüloza,
xrizotil azbesti və xırdalanmıĢ diatomit daxildir.
Lövhəli süzgəclərdə süzücü lövhə kimi T və ġ markalı kardon
tətbiq olunur. T kardonun məhsuldarlığı ġ-yə nisbətən 25-30%
yüksəkdir. Sterilizə məqsədli süzmədə ġ markalı lövhə və tərki-
bində diatomit olan KTF-1, KTF-2, KOF-3, KFġ markalı lövhələr-
dən istifadə olunur. Ölkəmizdə həmçinin «Seitz» firmasının
(Almaniya) buraxdığı lövhələrdən də geniĢ istifadə olunmaqdadır.
Süzülmə prosesində Ģəraba daxil olan oksigenin miqdarını
azaltmaq məqsədilə yüksək məhsuldar nasos və süzgəclərdən
istifadə olunaraq süzmənin qısa müddətdə baĢa çatmasına nail
olunur.
Dostları ilə paylaş: