~ 203 ~
Birinci köçürülmə – qıcqırmıĢ cavan Ģərab materialını maya
çöküntüsündən ayırmaq, ondan karbon qazını kənar etmək və onu
hava ilə doydurmaq məqsədi daĢıyır.
Birinci
köçürülməyə qədər (Ģərab materialının maya
çöküntüsündən ayrılmasına qədər) cavan Ģərab materialında gedən
fiziki-kimyəvi və biokimyəvi proseslər nəticəsində çökmüĢ bərk
faza əmələ gəlir. Köçürmə zamanı tam duru Ģərab almaq üçün
əmələ gələn çöküntü tam formalaĢmalı və möhkəmlənməlidir. Bu
köçürmə qıcqırma qurtardıqdan sonra həyata keçirilir. Bəzən
Ģərabda az miqdarda qıcqırmamıĢ Ģəkər qalır ki, bu, köçürülməni
gecikdirir. Bu zaman Ģərabı havalandırmaq üçün bir qabdan baĢqa
qaba köçürürlər. Nəticədə Ģəkər tam qıcqıraraq Ģərab təmizlənir.
Dostları ilə paylaş: