Pasterizasiya - bu üsulu ilk dəfə müəyyən etmiĢ Lui Pasterin
Ģərəfinə belə adlandırılmıĢdır. Bu üsul asasən qablarda, yaxud
fasiləsiz iĢləyən müxtəlif tip pasterizatorlarda həyata keçirilir.
Qablarda pasterizasiya, Ģirə ilə dolu butulka və ya bankanın
avtoklavlarda yerləĢdirilib qızdırılması ilə aparılır. Avtoklavlarda
Ģirə qabın həcmindən və Ģirənin növündən asılı olaraq 85-90,
yaxud 100
0
C temperaturda 10-60 dəq. qızdırılmaqla pasterizə
olunur.
Fasiləsiz iĢləyən açıq tipli pasterizatorlarda Ģirənin pasterizəsi
85-90
0
C temperaturda, sonra tədricən 20-30
0
C temperaturaya qədər
soyutmaqla aparılır. Pasterizasiya rejimi pasterizatorun tipindən və
qabın həcmindən asılıdır.
Üç litirlik tutumu olan bankalara doldurulan Ģirələr üçün A2-
APO markalı pasterizator-soyuducu qurğu tətbiq olunur. Bankada
Ģirənin temperaturu pasterizatora daxil olanda 90
0
C-dən aĢağı
olmamalıdır. Pasterizasiya 20 dəqiqə müddətində 105
0
C tempe-
ratura qədər qızdırılmıĢ hava ilə aparmaqla, sonra soyuq hava və su
ilə 40
0
C-ə qədər soyudulur.
ġərabın pasterizasiyası onun tipindən asılı olaraq 50-75
0
C və
daha yüksək temperaturda aparılır. ġərab doldurulmaya qədər
istilik dəyiĢdiricidə və doldurulmadan sonra butulkada pasterizə
oluna bilər.
Dostları ilə paylaş: |