~ 224 ~
etibarlılıq səviyyəsi isə aĢağı olur. ĠĢlənəcək materialı nazik təbəqə
Ģəklində yaymağın lazımlığı metodun məhsuldarlığını məhdudlaĢ-
dırır. Bununla belə, ultrabənövĢəyi Ģüaların emal sanayesində tətbi-
qini tamamilə pespektivsiz saymaq olmaz. Belə ki, avadanlıqların
(qablar, borular və s.) ultrabənövĢəyi Ģüalarla sterilizəsi kimyəvi,
yaxud termiki sterilizəyə nisbətən daha səmərəli və gigiyenik
baxımdan əlveriĢlidir.
Son zamanlar müxtəlif Ģüaların kombinə edilmiĢ təsirindən
istifadə geniĢ tətbiq sahəsi tapmıĢdır. Məsələn, ultrabənövĢəyi
Ģüalarla, ultrasəsin; infraqırmızı Ģüalarla ultrabənövĢəyi Ģüaların
birgə təsirindən istifadə olunmaqdadır.
Fransada mikrobioloji bulanmalara qarĢı və yetiĢməni
tezləĢdirmək üçün, infraqırmızı və ultrabənövĢəyi Ģüalardan
ayrılıqda, eləcə də birlikdə istifadə edirlər.
MDB-də bu istiqamətdə ilk təcrübələr Moldovada, ―Yaloven‖
Elm Ġstesalat Birliyində aparılmıĢdır. Burada ―Aktini-Frans‖
firmasının aktinatorundan istifadə edilmiĢdir. Bu aparat Ģirə və
Ģərabı infraqırmızı və ultrabənövĢəyi Ģüalarla iĢləmək üçündür. O,
infraqırmızı və ultrabənövĢəyi Ģüalandırma bloklarından, borulu
istilik mübadiləedicidən, mərkəzdənqaçma prinsipi ilə iĢləyən iki
ədəd nasosdan, elektron avtomat idarə pultundan ibarətdir.
Aktinatorda Ģərabın iĢlənməsi, spirt və alma-süd turĢusu
qıcqırmasını, oksidləĢmədən yaranan bulanıqlığı dayandırır,
Ģərabın mikrobiloji sabitliyini təmin edir və yetiĢməni surətləndirir.
Aktinatordan
Ģirə, turĢ, kəmturĢ və kəmĢirin Ģərablar
hazırlanmasında, eləcə də onların doldurulmasında, rezervuar,
butulka, tıxac və s. sterilizəsində də istifadə etmək olar.
Ölkəmizdə infraqırmızı və ultrabənövĢəyi Ģüalarla iĢləmə geniĢ
sənaye həllini tapmamıĢdır.
Ġndi bir sıra ölkələrdə atomun parçalanma məhsullarının
buraxdığı Ģüalardan da bioloji sabitliyi təmin etmək üçün istifadə
olunur. ġüalandırmada mikroorqanizmlər çox tez məhv olmaqla,
onların sporları inkiĢaf etmək qabiliyyətini itirir.