~ 228 ~
montmorillonit və beydelit qrup minerallarından ibarətdir. Xarici
görüĢcə bentonit boz yaxud çəhrayı çalarlı ağ tozdur. Müsbət yüklü
kolloidlərə malik Ģərablar bentonitin köməkliyi ilə duruldulur.
Nəm bentonit istifadədən əvvəl 120
0
C temperaturda 30-35 dəqiqə
qurudulur. Bentonitin optimal dozası hər bir fərdi hal üçün sınaq
iĢlənmə ilə müəyyən olunur. Sınaq iĢlənmə mütləq istehsalat
Ģəraitində tətbiq olunan bentonit və su ilə aparılmalıdır. Bu
iĢlənmədə kifayət qədər duruluq və sabitlik yaradan bentonit
dozası müəyyənləĢdirilir.
Ġstehsalat Ģəraitində bentonit zərif toz halına düĢənədək ələnir.
Sonra dörd qat artıq miqdarda su ilə qarıĢdırılır. AlınmıĢ qarıĢıq isti
buğla 70-75
0
C temperatura qədər qızdırılır və ĢiĢməsi üçün 1 gün
saxlanır. Sonra həmin kütlə ikinci dəfə qarıĢdırılır və ondan
istifadə edərək Ģərabda 5-10%-li suspenziya hazırlanır. Suspenziya
gözcüyünün diametri 2-3 mm olan tordan süzüldükdən sonra
istifadə üçün yararlı olur.
Ġstehsalat Ģəraitində durultma aparmaq üçün sınaq iĢlənməsi
əsasında müəyyənləĢdirilmiĢ suspenziya az miqdarda duruldulacaq
Ģirə yaxud Ģərab ilə qarıĢdırılır. QarıĢdırılma fasiləsiz aparılmaqla,
məhlul dərhal əsas qaba vurulur. Çöküntünün əmələ gəlməsi və
sıxlaĢması üçün material 10 günə qədər sakit saxlanır. Bentonit su
suspenziyasında mənfi yüklü olur və Ģərab ilə qarıĢdırıldıqda
kolloidlərin
yükünü
neytrallaĢdırır.
Bulanlıq
hissəciklər
yapıĢqanlanır, irilənir və çökür. DurulmuĢ material eyni vaxtda
süzgəcdən keçirilməklə çöküntüdən ayrılır. Bentonit çöküntüsünün
tərkibində qalan Ģərabı ayırmaq məqsədi ilə onu sıxır yaxud
sentrifuqadan keçirirlər.
Bentonitlə Ģərabı iĢlədikdə zülal maddələri çökür, oksidləĢdirici
fermentlər adsorbsiya olunur, iy və dadda olan çatıĢmazlıqlar
aradan qalxaraq Ģərab durulur.
Süfrə Ģərablarını iĢləmək üçün jelatin, balıq yapıĢqanı və
bentonitin aĢağıdakı dozasından istifadə olunur: ağ süfrə Ģərab-
larını iĢləmək üçün balıq yapıĢqanı 1,2-2,5 q/hl, jelatin 2-8 q/hl;
qırmızı süfrə Ģərabları üçün jelatin 8-15 q/hl, bentonit (ordinarlar
üçün) 2-10 q/dm
3
.