Palıqorskit. Çerkasski (Ukrayna) palıqorskiti özünü təbəqəli –
lentli quruluĢlu uzanmıĢ formalı kristallarla gilli mineral kimi
göstərir.
Palıqorskit bentonitdən (montmorillonit) ikinci məsaməliyinin
böyük səthi ilə fərqlənir ki, bu ona yüksək sorbsiya etmə xassəsi
verir. Palıqorskitin və Çerkasski mənĢəli digər mineralların əsas
üstünlüyü ondan ibarətdir ki, onlar sulu suspenziya hazırlanması
üçün uzun müddət tələb etmir, bentonitə nisbətən materialın
durulma müddətini 2 dəfədən çox qısaldır, az həcmdə çöküntü
əmələ gətirməklə Ģərab itkisini azaldır.
Palıqorskit quru binalarda saxlanır. Onu tətbiq etməzdən əvvəl
120
0
C temperaturda 30-50 dəqiqə qurudurlar. ġərabı iĢləmək üçün
palıqorskitin 20 faizli sulu suspenziyasından istifadə olunur. O,
qarıĢdırıcıya malik ölçü qablarında hazırlanır, toz halına qədər
xırdalanmıĢ palıqorskit isti su ilə (75-80
0
C) 1:3 nisbətində
qarıĢdırılır və 3-4 saatdan sonra suspenziya bir cinsli zərif
dispesirli kütlə alınana qədər intensiv qarıĢdırılır. Sonra qaba (20%
qatılıqda polıqorskit almaq üçün) codluğu 6 mq. ekv/dm
3
-dan çox
olmayan su əlavə olunur. Palıqorskit suspenziyasını 6 günə qədər
saxlamaq olar.
ġərabı iĢləmək üçün, lazım olan palıqorskitin 20%-li sulu
suspenziyasının miqdarı, təlimata uyğun sınaq iĢləməsi əsasında
hər bir fərdi hal üçün, ayrıca müəyyən olunur. Suspenziya, iĢlənən
materialla aralıq qabda təqribən 1:1 nisbətində qarıĢdırılır və sonra
fasiləsiz qarıĢdırmaqla əsas qaba verilir. Bu proses 1-2 saat
müddətində suspenziyanın bütün həcmdə bərabər yayılmasına
qədər aparılır. Sakit saxlanma dövründə hər gün çöküntüdən orta
nümunə götürülür və (FEK-də) iĢıq sıxlığına görə durulmasına
nəzarət olunur.
Durulmanın qurtarmasını iĢıq sıxlığının minumum qiymət
almasına əsasən bilmək olar. Proses qurtardıqdan sonra material
dekantasiya yolu ilə çöküntüdən ayrılır və sücgəcdən keçirilir.
Palıqorskitlə iĢlənmə lazım gələrsə, sarı qan duzu və jelatinlə
birlikdə aparıla bilər.
Dostları ilə paylaş: |