~ 227 ~
Balıq yapıĢqanı Ģəraba olduqca yumĢaq təsir göstərib, onun tərkib
hissələrinə toxunmur və öz xususiyyətlərini vermir.
ġərabın balıq yapıĢqanı ilə iĢlənməsinin texnoloji səmərəsi bir
çox cəhətdən onun iĢçi məhlulunun düzgün hazırlanmasından
asılıdır. Onu hazırlamaq üçün balıq yapıĢqanı bıçaqla xırda-xırda
doğranıb vannaya doldurulur, taxta cəkiclə əzilir, sonra iyini
çıxartmaq üçün, günəĢ altında saxlanıb qurudulur. Bundan sonra 2-
3 gün suda isladılır (tez-tez suyu təzələməklə) və təmiz su əlavə
edilməklə 5-8 faizli məhlulu hazırlanır. Bu məhlul su hamamında
qarıĢdırmaq Ģərti ilə qızdırılır. QarıĢdırma yapıĢqan tamam həll
olana qədər davam etdirilir və məhlul tordan keçirilərək istifadə
olunur.
ġəraba vurulmazdan əvvəl labaratoriyada balıq yapıĢqanı
məhlulu hazırlanır və nümunəvi yapıĢqanlanma ilə dozası
müəyyənləĢdirilir.
10.2.2.
Mineral maddələrlə işləmə
(Bentonit, Palıqors
kit
və s.)
Mineral maddələrlə iĢləmə Ģərabçılıqda geniĢ tətbiq sahəsi
tapmıĢdır. Belə maddələrə bentonit, poliakrilamid, palıqorskit,
hidroslyuda, silisium 4-oksid, diatomit aiddir.
Dispers minerallarla iĢlədikdə durulmanın əsasən koaqulyasiya
(flokulyasiya) mexanizmi müĢahidə olunmaqla, durulducu ilə Ģərab
komponentləri arasında qarĢılıqlı kimyəvi əlaqə yaranmır. ġərabı
çirkləndirən xırda hissəciklərlə mineral durulducu arasında əsasən
adsorbsiya prosesi baĢ verir. Bu vaxt mineralların hissəcikləri ilə
Ģərabdakı hissəciklərin birləĢməsindən iri kütlə alınır.
ġərabın yaxĢı durulması və sabitləĢdirilməsi üçün, bulanıqlığın
tip və xarekterindən asılı olaraq, bu və ya digər mineral seçilir.
Zülal bulanlıqlı Ģirə və Ģərablar bentonit, palıqorskit, hidroslyuda,
kaolin və baĢqa dispers minerallarla iĢlənə bilər.
Dostları ilə paylaş: