Şərabın kor (görünməyən) dequstasiyası üçün qədəhlər.
Bəzən (xüsusilə Somolye yarıĢlarında) dequstatora elə Ģərab təklif
oluna bilər ki, o, həmin Ģərabın rənginə baxmadan yalnız ətrinə
görə qiymətləndirməli olar. Bu halda dequstator Ģərabın yaĢı,
keyfiyyəti və üzümün sortu haqqında tapmacalara cavab verməli
olur. Bu zaman korların dequstasiyası üçün, yəni rəngi görməyə
imkan verməyən – qara, qeyri-Ģəffaf ĢüĢədən hazırlanmıĢ qədəhlər
istifadə olunur. Bu halda dequstator rəngi görmədən Ģərabın ağ və
ya qırmızı olmasını müəyyən etməli olur. Həm də Ģərabın çalarları,
onun Ģəffaflığı və s. görülmədən dequstasiya aparılır.
Dostları ilə paylaş: |