~ 313 ~
yetiĢdirildikdə hidrogen sulfid spirtlə reaksiyaya girib çox davamlı
məhsul olan merkaptan əmələ gətirir. Onun əmələ gəlməsi
hidrogen sulfid iyini gücləndirir və artıq ondan azad olmaq
mümkün olmur.
Ilk mərhələlrdə Ģərabı havalandırmaqla hidrogen sulfid iyini
ardan qaldırmaq mümkün olur.
Torpaq tamı. Bu nöqsan Ģərabda ətrin və dadın çox müxtəlif
əlamətlərini birləĢdirir. Əmələ gəlməsinin əsas səbəblərindən biri
üzüm giləsinin qabığına müxtəlif uçucu maddələrin düĢməsidir. Bu
torpaqda gedən bakterial proseslərdən və üzümün toz-torpaqla
çirkələnməsindən irəli gəlir. QarĢısını almaq üçün torpağın səthi
əhəngli gübrələrlə sterilizə edilməlidir. ġərabdan torpaq tamını
kənar etmək üçün yapıĢqanlama, fəal kömürlə iĢləmə və kupajdan
istifadə olunur. Lakin bu nöqsandan tamamilə azad olmaq çətindir.
Mis tamı. GöydaĢla iĢlənən üzmdən alınan Ģərablarda və
həmçinin Ģərabın açıq mis materialla təmasda olmasından əmələ
gəlir.
Palıd tamı. ġərabı təzə, pis iĢlənmiĢ palıd qablarda saxladıqda
əmələ gəlir. Onu kənar etmək üçün Ģərab bitki yağları ilə iĢlənir və
sulfidləĢdirilərək köçürülür.
Kif tamı. Təhlükəli nöqsan olub Ģərabı xarab edə bilir. Üzüm
boz çürümə xəsətəliyi ilə yoluxduqda və kifli qablar yaxĢı
yuyulmadıqda əmələ gəlir. Əgər tıxacında kif olan butulkalara
Ģərab tökülərsə, həmin Ģərab da kif tamına tutulur. Bu nöqsanın
törədiciləri prensillium, aspergillus, mukor və b. kif göbələkləridir.
Bu tamın qarĢısını almaq üçün bütün qablar və istehsalat binaları
yaxĢı sanitar vəziyyətində olamalıdır. ġərabdan kif tamını kənar
etmək üçün onu bitki yağları və fəal kömürlə iĢləmək lazımdır.
Lakin bu tamdan tamamilə azad olmaq çətindir.
Çürüntü tamı. ParçalanmıĢ maya qalıqları olan çürümüĢ palıd
qablarda Ģərab saxlandıqda yaranır. QarĢısını almaq üçün Ģərablara
düzgün qulluq edilməli, qablar təmiz saxlanmalıdır. Çürüntü
tamına
tutulmuĢ Ģərabları müalicə etmək üçün, güclü
havalandırmaqla köçürmə aparlır, fəal kömürdən istifadə edilir və
təzə cecədə qıcqırma aprarılır.
~ 314 ~
ġərabda, göstərilənlərdən baĢqa digər tamlara da rast gəlinir.
Bunlara azbest, qələvi, lak, kerosin və s. tamlar aiddir. Bu tamların
demək olar ki, hamısı qabların yaxĢı sanitar vəziyyətində olmaması
ilə əlaqədardır. Onların bir çoxu (bəzilərini çıxmaq Ģərti ilə) Ģərabı
müasir üsullarla iĢlədikdə və ardıcıl qulluq edildikdə müalicə
olunur.
Dostları ilə paylaş: