Sink və nikel kassı xarici görnüĢünə görə alüminium və qalayla
törədilən kassa oxĢar çöküntü verir. Onlarda zülallar və digər
metalların zəif də olsa miqdarı tapılır. ġərabın rəngi, Ģəffaflığı ətir
və dadı dəyiĢir.
Metal kasslarının qarĢısını almaq üçün üzüm, Ģirə və Ģərabın
metallarla təması minimuma endirilməlidir.
Biokimyəvi təbiətli
nöqsanlara oksidaz kassı aiddir.
OksidləĢdirici fermentlərin (oksidazların) fenol maddələinə təsiri
ilə əlaqədar olub, nəticədə Ģərab öz rəngini dəyiĢir- qonurlaĢır.
Həm ağ, həmdə uzun müddət hava ilə təmasda olan qırmızı
Ģərablarda təsadüf olunur. Qırmızı Ģərablarda qəhvəyi çalarlar
yaranmaqla, Ģərab tutqunlaĢır, onda tutqun-qonur çöküntü əmələ
gəlir. Vaxt keçdikcə Ģərab durulur, rəng çirkli- çəyrayıya çevrilir,
səthində müxtəlif rənglərə çalan metal parılıtısı meydana gəlir. Ağ
Ģərabalar tutqunlaĢır və müxtəlif intensivli qəhvəyi çalarlar alır.
Buket və dadda güclü oksidləĢmə tonu hiss olunmaqla, qaynanmıĢ
bəzən isə xoĢagəlməz çürümə tonu hiss olunur.
Botritis Sinerea göbələyi ilə yoluxmuĢ üzümdən alınan cavan
Ģərablar bu nöqsana xüsusilə meyilli olur. Bentonitlə iĢləndikdə
oksidazlar adsorbsiya olunaraq çökür, pasterizə fermentləri
parçalayır, sulfit və limon turĢuları onun fəaliyyətini
məhdudlaĢdırır.
Dostları ilə paylaş: |