~ 311 ~
çoxlu fosfotlara malik olarsa, hətta dəmirin az miqdarında ağ kass
müĢahidə oluna bilər. AĢağı temperatur və havalandırma Ģərabın
bu nöqsana davamlılığını artırır. Bu nöqsana tutulmuĢ Ģərabların
keyfiyyətini yaxĢılaĢdırmaq üçün, onlar sarı qan duzu ilə iĢlənməli
və turĢuluğu (limon turĢusu əlavə etməklə) yüksəldilməlidir.
Qara kass (Ģərabın qaralması) dəmirin kondensasiya olunmuĢ
taninlərlə qarĢlıqlı təsirindən əmələ gəlir. Nəticədə tünd, demək
olar ki, qara rəngli məhsul əmələ gəlir. Bu nöqsana tutulmuĢ Ģəraba
qədəhdə baxdıqda qaramtıllıq aĢkar görünməklə, üst səthində göy
qurĢağına bənzər parlaq dairələr seçilir.
Göy kass dəmirin antosianlarla qarĢlıqlı təsirindən meydana
gəlir. Bu zaman bənövĢəyi göy rəngli maddə əmələ gəlir.
Bu kasslar Ģərabda aĢağı turĢuluqda (pH 3,6), havalandırmadan
və alma-süd turĢu qıcqırması baĢa çatdıqdan sonra meydana çıxır.
Mis kassı sulfit turĢusunun iĢtirakı ilə birvalentli mis və zülal
maddələrinin
qarĢılıqlı
təsirindən
əmələ
gəlir.
Adətən
sulfidləĢdirilmiĢ, havasız Ģəraitdə saxlanan aĢağı OR potensialına
və 0,5 mq/dm
3
miqdarında mis olan Ģərablarda əmələ gəlir.
Nəticədə Ģərabda bulanıqlıq, sonra isə kolloid xarakterli tərkibində
mis sulfit olan qonur rəngli çöküntü əmələ gəlir. Temperaturun
yüksəlməsi və günəĢ Ģüaları bulanıqlıq əmələ gəlməsini tezləĢdirir.
Zülal maddələri ilə yanaĢı mis kassının əmələ gəlməsini
leykoantosianlar da sürətləndirir.
Dostları ilə paylaş: