Şərabın karbon qazı ilə doydurulması onun yüksək təzyiqdə
Ģərabda həll edilməsinə əsaslanır. Karbon qazının təzyiq altında
həll olması Ģərabın tərkibindən və temperaturdan asılıdır. ġərabda
spirt və ekstrakt maddələrinin miqdarı nə qədər çox və temperatur
yüksək olarsa, onda həll olan karbon qazının miqdarı bir o, qədər
az olacaqdır. CO
2
-nin həll olmasını Ģərabda olan digər qazlar da bir
qədər azaldır. Odur ki, CO
2
ilə doydurmadan əvvəl Ģərabdan
oksigeni və digər havadan udulan qazları kənar etmək arzu
olunandır.
Burada CO
2
-nin bir hissəsi karbonat turĢusuna (CO
2
+H
2
O= H
2
CO
3
) çevrilir və həmçinin duzlarla reaksiyaya girir. Karbon qazı
səthi fəal maddələrlə, əsasən də müsbət yüklü yüksəkmolekullu
birləĢmələrlə – zülallar, polifenollar, pektinlər və s. sorbsiya olu-
nur. Bu maddələrlə əlaqəli formaya keçən karbon qazı, həll olmuĢ
vəziyyətdəkinə nisbətən daha zəif ayrılır və ona görə də Ģərabın
oynaqlıq xüsusiyyətini daha yaxĢı biruzə verməsini təmin edir.
ġərabın karbon qazı ilə doydurulması müxtəlif üsullarla aparıla
bilər: fasiləli və fasiləsiz iĢləyən saturatorlarda Ģəraba karbon
qazının xırda köpüklərini püskürtməklə; karbon qazının Ģərabın
səthindən sərbəst diffuziyası ilə; yüksək təzyiq Ģəraitində maye
karbon qazının Ģərab axınına dozalaĢdırılması; Ģərabı butulkaya
doldurduqdan sonra müəyyən miqdarda bərk karbon qazının əlavə
olunması ilə və s.
Adətən Ģərab karbon qazı ilə 300-350 kPa təzyiqdə doydurulur.
Bunun üçün xüsusi aparatlar – saturatorlar tətbiq edilir. Həmçinin
püskürdücü ilə təchiz edilmiĢ Frolov-Baqreyev tipli akrotofor-
~ 458 ~
lardan istifadə edilərək qazlaĢdırılma aparıla bilər.
QazlaĢdırılmıĢ Ģərabların doldurulması oynaq Ģərablarda olduğu
kimi aparılır. Doldurmadan əvvəl lazım gələrsə Ģərab təzyiq altında
iĢləyən filtrlərdən süzülür. Karbon qazının əsaslı itkisinə yol
verməmək üçün yaxĢı olar ki, doldurma yüksək təzyiqli maĢınlarda
aparılsın.
QazlaĢdırılmıĢ Ģərabların doldurulması -2
0
C-dən yüksək olma-
yan temperaturda tutumu 0,8 litr olan Ģampan butulkalarına
aparılır. Doldurmadan sonra butulkada Ģərabın səviyyəsi 20
0
C-də
butulkanın ağzından mayenin səthinədək 8±1 sm təĢkil etməlidir.
QazlaĢdırılmıĢ Ģərab butulkası polietilen Ģampan ekspedisiya
tıxacı ilə bağlanır, bərkidici məftillə üstdən möhkəmləndirilir və
metal folqa, etiket və boyunbağı ilə tərtibat verilir.
QazlaĢdırılmıĢ Ģərab butulkaları yaxĢı havalanan binalarda -
2+8
0
C temperaturda saxlanır.
Oynaq Ģərablar bütün nəqliyyat növləri ilə yüklərin daĢınma
qaydalarına uyğun Ģəkildə 5-20
0
C temperaturda nəql oluna bilər.
Mantar tıxacla bağlanan butulkalar üfüqi vəziyyətdə saxlanır.
Təminatlı saxlanma müddəti hazırlandığı gündən hesablanmaqla
azı 6 ay; kolleksiya Ģərabları üçün 1 ildir.
Ġxrac üçün oynaq Ģərablar mantar tıxacla 2 il, polietilen tıxacla 1
il saxlana bilər.
~ 459 ~
Dostları ilə paylaş: |