~ 546 ~
ğundan, qanda xolestrinin miqdarının yüksəlməsinin qarĢısını alır.
Yağın belə antixolestrin təsirə malik olmasını tərkibində 60-70%
təĢkil edən linol turĢusu ilə də izah edirlər. Ona görə də son illər
Ġtaliya, Fransa, Ġspaniya və digər ölkələrdə üzüm yağı istehsalı
durmadan yüksəlməkdədir.
Sıxılmaq yolu ilə alınan yağdan qidada istifadə olunur. YaxĢı
təmizləndikdə ekstraksiya yolu ilə alınmıĢ yağdan da bu məqsəd
üçün istifadə oluna bilər. Üzüm yağı əsasən ətriyyat,əczaçılıq, lak
və rənglər istehsalında geniĢ tətbiq sahəsi tapmıĢdır. Üzüm yağı
əlavə olunmaqla alınmıĢ sabun yüksək yumĢaqlığı və köpüklən-
məyi ilə fərqlənir. Bir çox ölkələrdə ondan həmçinin konserv və
marqarin istehsalında istifadə edirlər.
Şərab sirkəsi. Əsasən Ģərabdan hazırlanmasına baxmayaraq,
onun cecə, maya çöküntüsü və konyak bardasından istehsalı da
iĢlənmiĢdir. Kimyəvi tərkibi belədir (q/dm
3
-lə): ekstrakt – 14,9-
17,2; Ģəkər - 6,1-7,7; Ģərab turĢusu – 1,3-1,7; kül – 2,5-3,4; sirkə
turĢusu – 70,3-76,2. ġərab sirkəsindən qidaya əlavə kimi və
həmçinin təbabətdə istifadə olunur.
Yem məhsulları. ġərabçılıq qalıqlarından alınan yem məhsul-
larına yem unu və yem mayası aiddir.
Yem unu, yaxud dənəvərləĢdirilmiĢ yem, toxum ayrıldıqdan
sonra qurudulmuĢ cecədən və həmçinin toxumdan yağ alındıqdan
sonra qalan jmıxdan alınır. Heyvandarlıq və quĢçuluqda həm
sərbəst yem kimi, həm də əlavə kimi istifadə olunur.
Yem mayası (zülali yem) spirt qovulduqdan və Ģərab turĢu
xammalı ayrıldıqdan sonra yerdə qalan maya çöküntüsündən alınır.
Onlar nəm və quru vəziyyətdə istifadə olunur. Yem mayası 12%-ə
qədər nəmliyə, 25%-dən çox zülala (quru maddəyə çevrilməklə)
malik olmalıdır.
Üzüm qida rəngləyicisi qırmızı üzüm sortlarının cecəsindən
cövhər, yaxud toz Ģəklində hazırlanır.
QatılaĢdırılmıĢ üzüm rəngləyicisi – tünd-nar rəngli Ģəffaf maye
olub, Ģərab ətrinə və büzüĢdürücü turĢ dada malikdir. Tərkibində
quru maddələrin (ümumi ekstrakt) miqdarı 30%-dən çox,
~ 547 ~
rəngləyici maddələr – 50 q/dm
3
-dən çox, kül – 7%-ə qədər; 3%-li
məhlulunda pH – 2,2-2,5% olmalıdır.
Dostları ilə paylaş: