Daraq və cecə ekstraktı, daraq və cecədə olan fenol və digər
ekstrakt maddələrinin 20-50 h.% tündlüyə malik Ģərab-spirt
məhlulu ilə ekstraksiya edilməsi ilə hazırlanır. Xüsusi texnologiya
ilə hazırlanan Ģərablar (madera, Portveyn) istehsalında istifadə
olunur.
Cecənin 20-50 h.% tündlüyə malik su-spirt məhlulundan da bir
sıra içkilər istehsalında istifadə olunur.
Enant efiri (konyak yağı). Təmiz halda – rəngsiz maye olub,
spirtdə yaxĢı həll olmaqla, suda həll olmur. Özünü etil efirlərinin
ali yağ turĢuları ilə (kaprin, kapril, laurin və az miqdarda kapron,
miristin, palmitin, stearin) qarıĢığı kimi göstərir.
Enant efiri əsasən Ģərab mayalarında tapılır. 1 ton mayadan
enant efiri çıxımı 400 q, cecədən isə olduqca azdır. Yeyinti və
ətriyyat sənayesində istifadə oluna bilər.
Dostları ilə paylaş: |