~ 561 ~
lazımdır ki, temperaturun yüksəlməsi ilə hətta yüksək spirtli Ģərab
materiallarında süd-turĢu qıcqırmasının baĢ verməsi mümkündür.
ġərab materiallarının müxtəlif bulanmalara meyilliliyinin sınağı
əsasında onların iĢlənməsi (emalı) və göndərilməsi aparılır. Bu
iĢlərin iyunda baĢa çatdırılması məqsədə uyğundur. Bu dövrdə
artıq yeni məhsul mövsümünə hazırlıq iĢlərinə baĢlamaq lazımdır.
Avqust ayında lazım gələrsə yetiĢdirilməyə qoyulmuĢ Ģərab
materiallarının üçüncü köçürülməsi aparılır. Onların sayı Ģərabın
tipindən asılıdır. Zərif və yüngül təbii Ģərablar, həmçinin muskat
üzüm sortlarından hazırlanan incə, yüksək ətirli desert Ģərab
materiallarının yetiĢdirilməsi hallarında adətən iki köçürülmə ilə
kifayətlənilir. Qırmızı təbii Ģərablar, xüsusilə də yüksək ekstraktlı
tündləĢdirilmiĢ Ģərablar üçün 3 köçürülmə tələb olunur. Üçüncü –
qapalı olub, adətən 20-30 mq/dm
3
miqdarında sulfitləĢdirilməklə
müĢayət olunur. Bəzən bu köçürülmələr zamanı Ģərab materialı
çəlləkdən balonlara, yaxud emallı rezervuarlara keçirilir.
Növbəti mövsümə hazırlıq iĢləri baĢa çatdırılır, təmiz maya
məhlulları elə hesabla sifariĢ edilir ki, mövsümün baĢlanmasından
bir neçə gün əvvəl zavodda ola bilsin. Texnoloji təminatın dəqiq-
liyi yoxlanır və təmiri baĢa çatdırılır. Gözlənilən üzüm məhsuluna
uyğun texnoloji rezervuarların mövcudluğu və keyfiyyəti bir daha
yoxlanır. ġərabın kateqoriya və tipindən asılı olaraq, Ģirənin
qıcqırdılması və Ģərabın hazırlanması üçün təzə və Ģərab altından
çıxmıĢ qablar hazırlanır. Belə iĢlərdə gecikməyə yol vermək olmaz,
çünki sentyabrda hava Ģəraiti üzümün vaxtından əvvəl yığılmasına
səbəb ola bilər.
Üzümün texniki yetiĢkənliyini və təqvim müddətində yığıl-
masını müəyyən etmək üçün yetiĢmə dinamikasına – Ģəkərlik və
titrləĢən turĢuluğa müxtəlif metodlarla nəzarət edilir (sahə metodu,
laboratoriya və nümunəvi yığım aparılmaqla).
ġərabçı üzümün gözlənilən daxil olmalarını nəzərə alaraq, Ģərab
materialının hazırlanmasının iĢçi planı və növbəti mövsümə təqribi
iĢ qrafikini tərtib etməlidir.