~ 555 ~
baĢlanğıc materialdan, konyak Ģərab materialı hazırlanması üçün
istifadə olunan texnologiyadan və qovma üsulundan asılıdır. ġərab
turĢusu birləĢmələrinin orta miqdarı konyak Ģərab materialında 2-
5q/dm
3
olur. Hibrid sortlarının Ģərab materialında Ģərab turĢusunun
miqdarı avropa sortlarına nisbətən 40% artıq olur.
ġərab qovularkən yüksək temperaturun təsiri ilə zülal birləĢ-
mələri pıxtalaĢır. Ona görə də hətta Ģəffaf Ģərab materialından
alınan barda həmiĢə bulanlıq olur. Bu bulanıqlığın aradan götü-
rülməsi tələb olunur, əks halda Ģərab turĢusu əhənginin keyfiyyəti
pisləĢir və onun çıxarı artır.
Böyük zavodlarda bulanıqlığı aradan qaldırmaq üçün onu filtr-
preslərdən keçirmək məqsədəuyğun sayılır. Bu kristal təmiz maye-
nin alınmasına səbəb olur. Böyük olmayan zavodlarda isə bula-
nıqlığı aradan qaldırmaq üçün dincə qoyulma və dincə qoyulan
mayenin dekantasiyasından istifadə olunur. Dincə qoyma müddəti
6 saatdır.
Əmələ gələn çöküntü dincə qoyma qabının həcminin 10%-ni
tutur və yuyulmadan çirkab sularına axıdılır, durulaĢmıĢ maye isə
neytrallaĢmaya göndərilir. Əgər bardanın temperaturu dincə
qoyulan və sücgəcdən keçirilən zaman 50
0
-dən aĢağı düĢərsə, onda
mayeni neytrallaĢdırmazdan əvvəl isitmək lazımdır.
Bardada xeyli miqdarda dəmir, alüminium birləĢmələri, rənglə-
yici maddələr və bəzi üzvi turĢular olur. ġərabda Ģərab turĢusu
birləĢmələri əsasən Ģərab daĢından ibarət olur. Bardanın bu
xüsusiyyətləri onun emalının texnoloji məsələsini müəyyən edir:
yəni Ģərab daĢı məhlulunun daha az həll olan Ģərab turĢusu
əhənginə çevrilməsinə nail olunmalıdır. Bunun üçün isti bardanı
əhəng südü ilə və CaCl
2
-lə iĢləyirlər. ġərab daĢı Ģərab turĢulu
əhənginə çevrilir. Konyak bardasından Ģərab turĢulu əhəngin
alınma sxemi aĢağıdakı kimidir (Ģəkil 20.5).
~ 556 ~
Şəkil 20.5. Konyak bardasından şərab turşulu əhəngin alınma sxemi
1-konyak barda toplayıcısı; 2-nasos; 3-ötürücü boru; 4-toplayıcı
qarışdırıcı ilə; 5-bentonit suspenziyası nasosu; 6-bentonit
qarışdırıcı; 7-durulmuş barda nasosu; 8-istilikdəyişdirici; 9-
toplayıcı-yığıcı; 10-bardanı iondəyişdirici qurğuya verən nasos;
11-iondəyişdirici qurğu; 12-duz məhlulunun toplayıcısı; 13-duz
məhlulu nasosu; 14-reaktor neytrallaşdırıcı; 15-dekantator
Konyak bardası toplayıcı rezervuardan (1) rezervuara (4) daxil
olur. Oraya eyni zamanda bentonit suspenziyası vurulur. Çökdük-
dən sonra bardanın durulmuĢ hissəsi dekantasiya olunur, soyudulur
və dörd filtrdən ibarət iondəyiĢdirici qurğuya (11) verilir. Ġonitlə
doyduqdan sonra filtr dayandırılır və su ilə yuyulur. Sonra natrium
xlorid məhlulu ilə doydurulur və mayenin zəif axımında Ģərab
turĢusu ionları desorbsiya edilir. Alınan məhsul neytrallaĢdırıcı
reaktora (14) yönəldilir. Burada Ģərab turĢulu əhəng kalsium
xloridlə çökdürülür.
Ġstənilən üsulla alınan Ģərab turĢulu əhəng quru olmalı (nəmliyi
3%-dən çox olmamalıdır), neytral reaksiyalı, kifsiz və kənar iysiz
olmaqla qoyulan tələblərə cavab verməlidir.