~ 553 ~
SaxlanmıĢ və qıcqırmıĢ cecənin emalında yuxarıda göstərilən
diffuziya üsulu ilə yanaĢı, birbaĢa destillə üsulundan da istifadə
edilir. Bu halda saxlanmıĢ və qıcqırdılmıĢ cecə müxtəlif destillə
aparatında birbaĢa destillə edilməklə, xam spirt və onu təmizlədik-
dən sonra spirt arağı alınır. Barda kənar edildikdən sonra iĢlənmiĢ
cecəyə turĢu məhlulu əlavə olunur. Ġkinci dəfə qaynadılır. Alınan
Ģərab turĢu məhlulu neytrallaĢdırılır və əmələ gələn Ģərab turĢulu
əhəng, Ģərab turĢusu və onun duzlarını almaq üçün istifadə edilir.
YuyulmuĢ və qurudulmuĢ cecədən üzüm toxumu ayrılır. Qabıq
toz Ģəklində quru cecə almaqla əzilir və yem unu, yaxud cecə kimi
istifadə olunur.
Əzildikdən sonra üzüm toxumundan üzüm yağı ekstraksiya
edilir. Qalan cecədən ekstraksiya yolu ilə tanin alınır, quru qalıq
isə heyvanlar üçün zülali yem kimi istifadə olunur. QıcqırmıĢ
cecənin diffuziyası turĢulaĢdırılmıĢ su ilə aparılır. Alınan piketdən
spirt qovulur. Piketin destilləsindən qalmıĢ barda neytrallaĢdırılır,
Ģərab turĢulu əhəng çökdürülür. Sonra Ģərab turĢusu alınır.
QıcqırmıĢ cecədən ayrılmıĢ üzüm toxumunun qurudulması və
üzüm yağının alınması Ģirin cecədə olduğu kimi aparılır.
Maya çöküntüsünün emalını aparmaq məqsədi ilə də texnoloji
sxem iĢlənib hazırlanmıĢdır (Ģəkil 20.4).
Bu sxemdə maye Ģərab mayalarından ferment konsentratları
alındıqdan sonra, emala daxil olan qatı Ģərab mayaları
durulaĢdırılır və Ģəkəri çox olarsa qıcqırdılır. Qıcqırdıldıqdan sonra
spirt qovulur. AlınmıĢ xam spirt rektifikasiya olunur və bu zaman
spirt-rektifikat, ali spirtlər və aldehidlər əmələ gəlir.
Bardanın su buxarı ilə sonrakı destilləsindən enant efiri və maya
yağı alınır. Sonra Ģərab turĢusunun bütün duzlarını məhlula keçir-
mək məqsədi ilə isti bardanı mineral tuĢru ilə iĢləyirlər. Alınan
Ģərab turĢusu məhlulu süzgəcdən keçirilir. Əhəng südü yaxud
təbaĢirlə neytrallaĢdırılır. Əhəngli Ģərab turĢusunun çöküntüsü
ayrılır, susuzlaĢdırılır və qurutduqdan sonra Ģərab turĢusu almaq
üçün göndərilir. Süzülmədən alınan maya çöküntüsündən isə maya
zülal yemi, süzüntüdən isə təmiz aminturĢular alınır.