Zoğların ucunun vurulması, tənəyin ayrı-ayrı orqanlarının qi-
da təminatını dəyiĢir, xüsusilə üzüm giləsinin kimyəvi tərkib və
keyfiyyətinə təsir edir. Uc vurmanın vaxtı və texnikası məhsulun
lazımi kondisiyada alınmasına o vaxt müsbət təsir edir ki, o, sortun
bioloji xüsusiyyətləri, ekoloji Ģərait və digər aqrotexniki amillərlə
əlaqələndirilsin. Tənəyə verilən yük (bar verən gözcüklərin miqda-
rı), normal yetiĢməyə və məhsulun miqdarına təsir göstərir. Ona
görə də hər konkret hal üçün tənəyin optimal yüku müəyyənləĢ-
dirilir. Bu, öz əksini alınan Ģərabın keyfiyyətində göstərir.
Gübrələmə, tənəyin qidalanmasını qüvvətləndirməklə, üzümə
və ondan alınan emal məhsullarının keyfiyyətinə təsir edir. Tam
gübrələnmiĢ üzümlüklər daha keyfiyyətli Ģirə və Ģərab alınmasını
təmin edən məhsul verir. Gübrələnmədə fosforun azotdan
üstünlüyü alınan Ģərabın tez durulmasına və yetiĢməsinə səbəb
olur. Kalium gübrəsinin verilməsi üzümdə Ģəkər toplanmasına təsir
etməklə, alınan Ģirə və Ģərabın keyfiyyətində mühüm rol oynayır.
Suvarma. Üzümün məhsuldarlığının artırılması və keyfiyyəti-
nin yaxĢılaĢdırılması üçün tətbiq olunan ən yaxĢı üsullardan biridir.
Bu aqrotexniki üsul o vaxt yaxĢı nəticə verir ki, o, üzümün sortuna
və məhsulun tələb olunan kondisiyasına uyğun norma və müddətdə
aparılsın. Suvarma ilə əlaqədar, tətbiq edilən aqrotexniki tədbir və
üsullar, təbii Ģərait, bitkilərin fizioloji vəziyyəti də nəzərə alınmalı-
~ 78 ~
dır. Daha yaxĢı nəticə suvarmanı torpağa gübrələr, xüsusilə də
mikroelementlər verilməsi ilə əlaqələndirdikdə alınır.
Yağıntıların miqdarı 350-450mm olan üzümçülük rayonlarında
aparılan 2-3 suvarma məhsulu 1,5-2 dəfə artırmaqla, onun və
alınan Ģərabın keyfiyyətini xeyli yüksəldir. Suvarma ümumi
aqrofonda gilənin normal dolmasını və Ģəkər toplamasını
yaxĢılaĢdırır. Quraqlıq illərdə baĢa çatan suvarmalar məhsulun
azalmasına, üzümün, eləcə də Ģərabın keyfiyyətinin pisləĢməsinə
səbəb olur. Məhsul yığımına bir qədər qalmıĢ aparılan gec
suvarmalar da buna oxĢar nəticə verir. Sonuncu suvarma, məhsul
yığımına 20-30 gün, daĢlı torpağa malik quraq rayonlarda isə 12-
15 gün qalmıĢ baĢa çatdırılmalıdır.
Suvarmanın tətbiqi yalnız üzümün məhsuldarlığını yüksəltmək
üçün deyil, onun xammal keyfiyyətini yaxĢılaĢdırmaq üçün də
lazımdır. Lakin həddindən yüksək nəmlik gilənin Ģirəliliyini
yüksəldir, Ģirə çıxımını artırır, gilə lətinin sıxlığı azalır, qabıq
nazilir, Ģəkərlik azalır, rəng və ətir zəifləyir. Rütubət azaldıqda gilə
Ģirəsinin miqdarı azalır, lət daha sıx olur, qabıq qalınlaĢır, Ģəkərlik
yüksəlir, gilənin ətri və rəngi güclənir. Belə üzümdən qurutmada,
spirtsiz məhsullar istehsalında, həmçinin daha ekstraktlı, yaxĢı sort
ətrinə malik, ağır Ģərablar hazırlanmasında istifadə yaxĢı nəticə
verir.
Dostları ilə paylaş: |