~ 75 ~
edir. O, Ģirə və Ģərabın (xüsusilə qırmızıların) ekstraktlığını və
zərifliyini təmin edir.
Fosfor, salxımın əmələ gəlməsini və böyüməsini sürətləndirir,
toxumun formalaĢmasına, Ģirə və Ģərabın keyfiyyətinə müsbət təsir
edir. Torpağa fosfor və kalimun verilməsi gilənin qabığında
antosianların toplanmasını gücləndirir, nəticədə qırmızı Ģirə və
Ģərabların rəng intensivliyi yüksəlir.
Bor və manqan, Ģəkərin yüksəlməsini, turĢuluğun azalmasını,
gilədə antosianların toplanmasını və ətirli maddələrin miqdarının
yüksəlməsini surətləndirir. Kobalt və sink, həmçinin Ģirədə Ģəkərin
miqdarını artırır, onun turĢuluğunu azaldır, orqanoleptiki
keyfiyyətini yaxĢılaĢdırır.
Hər hansı torpaq tipinin üzüm bitkisi üçün əhəmiyyəti iqlim
Ģəraiti və kompleks ekoloji amillərdən asılıdır. Quru, isti və az
tutumu ilə fərqlənən daĢlı torpaqlarda dərin plantaj aparıldıqda,
burada yetiĢdirilmiĢ üzüm giləsində kifayət miqdarda Ģəkər
toplanır və belə üzüm emal olunduqda, keyfiyyətli Ģərab verir.
Məsələn, Krımın cənub sahillərində, Abrau-Dyursoda becərilən
üzümlüklərdən belə məhsul alınır. Qumlu torpaqlarda becərilən
süfrə üzüm sortları yüksək Ģəkər toplayır və nəqliyyata davamlı
olur. Belə torpaqların yararlığını artırmaq üçün Ģum altına üzvü və
mineral gübrələr verilməli, suvarma aparılmalıdır. Qida maddələri
ilə zəngin boz torpaqlarda (lyoslu torpaqlar) becərilən üzüm
suvarıldıqda və isti, quru iqlim Ģəraitində yaxĢı məhsul verir.
Qara torpaqlar üzümdən lazımi keyfiyyətdə bol məhsul
alınmasını təmin edir. Yüngül mexaniki tərkibə malik qara
torpaqlarda əlveriĢli illərdə yüksək keyfiyyətli Ģərab alınır.
Dostları ilə paylaş: