Мцяллифдян



Yüklə 7,95 Mb.
Pdf görüntüsü
səhifə45/405
tarix30.12.2021
ölçüsü7,95 Mb.
#19803
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   405
Torpaq şəraiti, üzüm bitkisinin inkiĢafını təmin edən və ondan 

alınan  məhsulun  keyfiyyətini  müəyyən  edən  təbii  amillərə  aiddir. 

Torpaq  yalnız  kimyəvi  tərkibi  ilə  deyil,  fiziki  xassələri  ilə  də 

üzümdən alınan emal məhsullarının keyfiyyətinə təsir edir. ġirə və 

Ģərabın  dad  dolğunluğu,  buketinin  xarakter  və  zərifliyi  xeyli 

dərəcədə torpaq Ģəraitindən asılıdır. 

Üzüm  bitkisinin  kök  sistemi,  digər  bitkilərə  nisbətən  torpağın 

dərin qatlarına (10 metrədək) iĢlədiyindən, o, baĢqa bitkilər inkiĢaf  

etməyən  yerlərdə bitib,  keyfiyyətli məhsul verə  bilir. Buradan heç 

də  belə  nəticə  çıxarmaq  olmaz  ki,  üzüm  bitkisi  torpağa  tələbkar 

deyildir,  əksinə onun böyüməsi, məhsulun kəmiyyət  və keyfiyyəti 

torpaq Ģəraitindən güclü sürətdə asılıdır. 

Müxtəlif  üzüm  sortlarının  torpaq  Ģəraitinə  reaksiyası  eyni 



 

~ 74 ~ 


 

deyildir. Bəzi sortlar gilli və çürüntülü qara torpaqlarda yaxĢı, boz 

karbonatlı  torpaqlarda  pis  (Kaberne  Sovinyon,  Qame  və.s), 

digərləri qumluqda  yaxĢı (Ağ Ģanı, ġasla, Senso  və s.), üçüncüləri 

isə  boz-karbonatlı  və  çoxlu  miqdarda  əhəngə  malik  çürüntülü-

karbonatlı torpaqlarda (Pino, Ağ Fol və s.) yaxĢı inkiĢaf edir. 

Üzüm  məhsulunun  keyfiyyətininin  formalaĢmasında  torpağın 

istilik rejimi vacib rol oynayır. Bu göstərici torpağın istilik tutumu 

və  istilik  keçiriciliyindən, günəĢ  Ģüaları ilə qızma xüsusiyyətindən 

və Ģüa buraxmaq yolu ilə istiliyi verməsindən asılıdır. 

Tünd torpaqlar güclü qızır və torpağa yaxın yerləĢən salxımlara 

çoxlu isti Ģüa enerjisi verir, nəticədə gilədə Ģəkər çox toplanır. Ağ 

daĢlı  torpaqlardan  əks  olunan  günəĢ  Ģüaları  giləni  qızdırır,  onun 

Ģəkərliyini yüksəldir. 


Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin