Мцяллифдян


Üzümün  xəstəlik  və  zərərvericiləri



Yüklə 7,95 Mb.
Pdf görüntüsü
səhifə51/405
tarix30.12.2021
ölçüsü7,95 Mb.
#19803
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   405
Üzümün  xəstəlik  və  zərərvericiləri,  üzümlüklərə  xeyli  ziyan 

vurmaqla, üzümün və onun məhsulunun keyfiyyətini kəskin aĢağı 

salır.  Üzümün  xəstəliklərindən  daha  geniĢ  yayılanları  mildiu, 

oidium  və  boz  çürümədir.  Bu  xəstəliklərin  geniĢ  yayılması 

məhsulu kəskin azaldır və ya məhv edir. 

Mildiu yağıĢlı illərdə, bol Ģehli nəm yerlərdə və dumanlı havada 

sürətlə  inkiĢaf  edir.  Xəstəlik  üzümün  yarpaqlarına  yoluxduqda 

onun  yetiĢməsini  ləngidir  və  ya  tamamilə  dayandırır.  Əgər  tənək 

yarpaqsız qalırsa, yetiĢməmiĢ gilələr quruyur. 

Yarpaq  və  çiçəyə  nisbətən  gilələr  mildiu  xəstəliyinə  çox  az 

yoluxurlar. 

YetiĢkənlik  dərəcəsindən  asılı  olaraq  gilənin 

xəstələnmə  əlamətləri  də  müxtəlif  olur.  YetiĢməmiĢ  yaĢıl  gilələr 

bürüĢür,  tünd-qonur  rəng  alır,  tədricən  quruyur  və  tökülür. 



 

~ 79 ~ 


 

Yığımda  belə  gilələr  ayrılmalı  və  yandırmalıdır.  Böyüməsi  baĢa 

çatmıĢ gilə yetiĢmə dövründə xəstəliyə yoluxarsa, sulu olur, qabığı 

qonurlaĢır, gilələr çürüyür, bürüĢür və quruyur. 

Mildiu xəstəliyinə  yoluxmuĢ  üzümdən alınan Ģərab spesifik  acı 

tama  və  xoĢagəlməz  iyə  malik  olur.  Qırmızı  Ģərabların  rəngi 

pisləĢir, ağ Ģərablar sarı  çalarlı  və  solğun olur.  Belə Ģərablar çətin 

durulur, xəstəliklərə davamsız olmaqla, azotlu maddələrin patogen 

mikroorqanizmlərlə  yaxĢı  mənimsənilən  yüksək  miqdarına  malik 

olur. 


Əgər  xəstəliklə  gilələr  deyil,  yalnız  yarpaqlar  yoluxarsa, 

üzümün  keyfiyyəti  aĢağı  düĢür.  O,  az  Ģəkərə,  çoxlu  turĢuya, 

həddindən artıq pektin maddələrinə malik, davamsız Ģərab verir. 

Oidium güclü inkiĢaf etdikdə yalnız yarpaqları deyil, salxımları 

da  yoluxdurur.  YaĢıl  gilələr  solur,  bürüĢür  və  quruyur.  Nisbətən 

yetiĢmiĢ  gilə  yoluxduqda  qabıq  kobudlaĢır,  nazilir,  gilənin  daxili 

hissəsinin  böyüməsi  davam  etdiyindən,  qabıq  parçalanır.  Gilələr 

partlayır,  çatlar  bəzən  toxuma  qədər  gedir  və  belə  gilələr  adətən 

quruyur. Çatlar dərin olmayanda bitiĢir və gilələr yetiĢə bilir. Lakin 

belə  gilələr  normal  ölçüyə  çatmayıb,  az  Ģirəli,  kobud  qabıqlı  olur 

və bununla əlaqədar Ģirə çıxımı da azalır. 

Kif  köbələklərinin  törətdiyi  oidium  xəstəliyi  çürük  balıq  iyinə 

malik  olub,  həmin  iyi  Ģirə  və  Ģəraba  verir.  Belə  üzümdən  alınan 

Ģirə  və  Ģərab  kobud  dadı,  xoĢagəlməz  büzüĢdürücülüyü  və  acılığı 

ilə  fərqlənir.  Qabıqdakı  rəng  maddələrinin  parçalanması  hesabına, 

qırmızı Ģərabların rəngi pisləĢir. Üzümün yetiĢməsi üçün əlveriĢsiz 

olan  illər,  yəni  bol  yağıntı  və  aĢağı  tempraturlu  payız,  ağ  və  boz 

çürümə  xəstəliyinin  də  (kiflərin-  pensillium,  aspergillus,  mukor) 

inkiĢafına  səbəb  ola  bilir.  ÇürümüĢ  və  kiflənmiĢ  üzümdə 

fermentlər toplanır ki, onlar Ģirə və Ģərabda oksidləĢmə proseslərini 

surətləndirir. Belə məhsulda həddindən çox oksidləĢmə məhsulları 

əmələ  gəlir  və  bu  oksidləĢmə  nöqsanı  yarada  bilir.  ÇürümüĢ 

üzümdən  alınan  Ģirə,  göbələyin  konidilərinə  malik  olur.  Onlar 

Ģirədə  inkiĢaf  etdikdə,  onlardan  ayrılan  məhsullar  qıcqırmaya 

ləngidici təsir edir. Ona görə də yoluxmuĢ üzümdən alınan Ģirə pis 

qıcqırır. ġərab xoĢagəlməyən, çətin düzələn kif tamı verir. 



 

~ 80 ~ 


 


Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin