~ 85 ~
düzgün aparılmasından asılıdır. Yığım sortlar üzrə aparılır,
müxtəlif sortların və eləcə də müxtəlif rəngli gilələrə malik
üzümün qarıĢdırılmasına icazə verilmir. Əgər üzüm eyni vaxtda
yetiĢirsə – kütləvi yığım; müxtəlif vaxtlarda yetiĢirsə – seçmə
yığım aparılmalıdır.
Sortundan, meteoroloji Ģəraitdən və alınan məhsulun növündən
asılı olaraq, üzümün yığılması və emalının davam etməsi 15-20
gündür. Yığım vaxtı hava Ģəraiti də nəzərə alınmalıdır. Havanın
optimal temperaturu 16-20
0
C olmalıdır. Güclü Ģeh düĢdükdə, eləcə
də yağıĢ yağdıqda yığım aparılmamalıdır. Çünki düĢən çöküntülər
gilə Ģirəsinin qatılığının azalmasına səbəb olur. Bu halda üzüm
yığımı Ģirənin Ģəkərliyi normaya çatana qədər, yəni bir neçə
günlüyə təxirə salınır. Kif göbələkləri güclü inkiĢaf edən yağmurlu
illərdə yığım aparılarkən üzüm sortlaĢdırılır. ÇürümüĢ, qurumuĢ,
yetiĢməmiĢ gilə və salxım hissələri ayrılır. Əgər üzümlüklərdə
çürümüĢ gilə və salxımlar çox olarsa, əvvəlcə sağlam salxımlar
seçilib yığılmalı, sonra kütləvi yığım aparılmalıdır.
Yığımda Ģirəyə xoĢagəlməz ton verən yaĢıl və quru yarpaqların
üzümə düĢməsinin qarĢısı alınmalıdır.
Üzümün yığılması əllə və maşınla aparıla bilər. Əllə yığım 6-9
nəfər yığıcıdan ibarət manqalarla aparılır(Ģəkil 2.1.). Qabaqda daha
ixtisaslaĢmıĢ yığıcılar gedərək, sort qarıĢığı və deffektli salxımları
(çürümüĢ, yetiĢməmiĢ) yığır. Sonra sağlam kondinsiyalı üzümün
kütləvi yığımını aparan yığıcılar gedir. Üzüm səbətlərə yaxud
yeĢiklərə yığılır. Daha əlveriĢlisi tutumu 10-12 kq olan taralardır.
Salxımlar saplaqdan, xüsusi qayçı yaxud bıçaqla kəsilir(Ģəkil 2.2.).
DolmuĢ taralar cərgə arasından bir-birindən 25 m məsafədə
yerləĢən, ötürücü-qəbuledici bunkerə boĢaldılır. DoldurulmuĢ
bunker cərgə aralarından çıxarılır və emal zavodlarına aparan
daĢıyıcı konteynerlərlə yüklənir. Lakin bu, az məhsuldar olub, ağır
əl əməyi tələb edir. Hazırda üzüm məhsulunun yığılmasını
mexanikləĢdirmək üzrə iĢlər aparılır. Bu müxtəlif üzüm yığan
maĢınlardan istifadəyə əsaslanır.