~ 89 ~
Hüceyrədaxili komponentlər ayrı-ayrı orqanoidlərə daxildir.
Orqanoidlərə-hüceyrə qılafı, sitoplazmatik membran, sitoplazma,
mtoxondri, vakuollar, holci kompleksi, nüvə aiddir. Bundan baĢqa
hüceyrədə müxtəlif ehtiyat qida maddələri: qlikogen, treqaloza,
yağ, metaxromatin və b. olur. Qılaf - sıx, zərif və elastiki olmaqla,
sitoplazmanı xaricdən örtür, ona xarakterik forma verir və sitoplaz-
manı mühitin zərərli təsirindən qoruyur. Qılaf, hüceyrədaxili
osmotik təzyiqi nizamlamaqla, hüceyrəyə məsamələrdən düzların
və baĢqa kiçik molekulu maddələrin keçməsini tənzim edir. Qılafın
kimyəvi tərkibinə zülal-polisaxarid kompleksi, fosfatlar və lipidlər
daxildir (Ģəkil 3.1).
Şəkil 3.1. Maya hüceyrəsinin eninə kəsiyinin sxemi
1-holci aparatı; 2-tumurcuqlama hüceyrələrinin əmələ gəldiyi yer;
3-endoplazmatik zəncir; 4-valyutin dənəcikləri; 5-vakuol; 6-
ribosom; 7-piy damlacıqları; 8-sitoplazmatik membran; 9-nüvəcik;
10-mitoxondri; 11-hüceyrə qlafı; 12-sitoplazma; 13-nüvə