Üçüncü fəsil
ÜZÜM, ŞİRƏ VƏ ŞƏRABIN MİKROFLORASI
3.1. Mayalar
Təsnifatı. Mayalar, birhüceyrəli, xlorofilsiz, mitsel yaratmayan
göbələklər olub, kisəli göbələklər (Ascomycetes-askomisetlər)
sinfinin, sadə kisəlilər (Protoascales-protoaskov) yarımsinfinə
aiddirlər.
Mayaların baĢlıca təsnifat göstəricisi, onların spor əmələ
gətirmə xassəsidir. Onlar bu əlamətə görə iki qrupa bölünürlər:
1)Sporogen mayalar-spor yaratmaq xüsusiyyətinə malik olanlar;
2)Asporogen mayalar-spor əmələ gətirmək, baĢqa sözlə, cinsi
çoxalma xüsusiyyətinə malik olmayanlar. Sporogen mayalar,
vegetativ çoxalma əlamətlərinə görə üç ailəyə bölünür.
1.Saccharomycetaceae (Saxaromitsetace) ailəsi, tumurcuqlama
ilə çoxalır. Bu proseslərini təmin edir. Digər cinslər Pichia
(pixiya), Hansenila (hanzenula), Zygosacchoromyces (Ziqosaxaro-
mitses) zəhərli mikrofloraya daxil edilir.
2.Schizosaccharomycetaceae (ġizosaxaromitsease) ailəsi, bölün-
məklə çoxalır. Bu ailəyə iki cins daxildir: Schizosaccharomyces
(ġizosaxaromitses) və Ortosroromyces (oktosporomitses).
3.Saccharomycodaceae (Saxaromikodatse) ailəsi, çoxalmağa
tumurcuqlama ilə baĢlayıb, bölünmə ilə qurtarır. Bu ailənin əsas
cinsləri Saccharomycodes (Saxaromikodes) və Hanseniasrora
(hanzeniaspora) olub, Ģərabçılıq üçün zərərlidirlər.
Dostları ilə paylaş: |