~ 91 ~
nüvəsi 2 mkm diametrə, Ģar, yaxud ellepsvari formaya malik olur.
Hüceyrədə onun yeri hüceyrənin həyat fəaliyyəti prosesində dəyiĢə
bilir. Nüvənin əsas kimyəvi birləĢməsi DNT-dir. DNT-ilə nəsildən-
nəsilə genetik materiallar ötürülür. Nüvədə DNT-ə nisbətən az
miqdarda RNT də tapılır. Nüvə həmçinin nuklein turĢuları ilə
əlaqədar olmayan zülallara da malikdir. Hüceyrə çoxalarkən
nüvədə DNT-yə malik xromosomlara rast gəlinir.
Dostları ilə paylaş: