Mayaların həyat mərhələləri. Mayaların 5 əsas inkiĢaf
mərhələsi (fazası) fərqləndirilir. Ġlk (baĢlanğıc), loqarifm, stasionar,
aclıq və məhvolma.
İlk mərhələ (laq-faza)-bu mərhələ, mayaların qida mühitinə
düĢməsindən, onların yüksək artımına qədər olan dövrü əhatə edir.
Maya hüceyrələrinin iriliyi artır, onlarda zülallar, nuklein turĢuları
toplanır, fermentlər enerjili Ģəkildə sintez olunur. Laq-faza 10-20
saat davam edir.
Loqarifma fazası, mayaların maksimum sürətlə çoxalması ilə
xarakterizə olunur. Hüceyrənin ölçüsü minimum olub, daha yüksək
fizioloji fəallığa malik olur. Bütün qida maddələri yeni
hüceyrələrin yaranmasına sərf edilir. 2-ci faza, xarici mühitdən və
hüceyrə irqinin genetik keyfiyyətindən asılı olaraq 1-2 gündən 4-5
günə qədər davam edə bilir.
Stasionar faza (qıcqırma fazası), canlı orqanizmlərin sabit sayı
ilə xarakterizə olunur. Spirt qıcqırması Ģiddətli getməklə, mühitdə
Ģəkər olduğu müddətdə davam edir. Maya hüceyrəsi iri olmaqla,
onda yağ və qlikogen kimi ehtiyat qida maddələri toplanır.
Aclıq mərhələsi, qıcqırma qurtaran kimi baĢlayır. Bu halda,
mayalar ehtiyat qlikogen hesabına müəyyən müddət öz həyat
fəaliyyətini davam etdirir və spirtin miqdarını bir qədər artırırlar.
Sonra hüceyrənin ölçüsü kiçilir, qılaf möhkəmlənir, hüceyrədə yağ
damlaları görünür, nüvə və vakuollar aydın seçilir. Bu mərhələdə
hüceyrə həyat qabiliyyətini saxlamıĢ olur.
Məhv olma mərhələsi, həyat dövrünə son qoyur. Bu mərhələdə
canlı hüceyrələrin miqdarı azalıb, ölülər artır. Ölü hüceyrələrdə
plazma hüceyrə qılafından ayrılıb, mərkəzə toplanır. Avtoliz
olunmuĢ hüceyrələr görünməyə baĢlayır. Həmin hüceyrələrdə də
~ 92 ~
öz fermentlərinin təsiri ilə komponentlərin parçalanması gedir.
Maya hüceyrəsinin məhv olması aĢağıdakı səbəblərdən ola
bilər: a) plazmoliz; b) sitorriz; v) avtoliz.
Plazmoliz o vaxt baĢ verir ki, hüceyrənin əhatə olunduğu
mühitin qatılığı hüceyrə Ģirəsinin qatılığından yüksək olur.
Əgər plazmolizdə protoplazma qılafdan ayrılıb mərkəzə
toplanırsa, sitorriz halında qılafdan ayrılmır. Sitorriz geri dönən və
dönməyən ola bilər.
Avtoliz öz-özünə həll olmadır. Temperatur yüksəldikcə və
hidrogen ionlarının qatılığı azaldıqca avtoliz sürətlənir.
Dostları ilə paylaş: |